Icma.az
close
up
RU
Tanınmış futbolçu FİFA nın qərarına od püskürdü

Tanınmış futbolçu FİFA nın qərarına od püskürdü

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ünlü kolumbiyalı yarımmüdafiəçi Xames Rodriges hazırda şərəfini qoruduğu Meksika təmsilçisi ''Leon''un Klublararası Dünya Çempionatından kənarlaşdırılması ilə bağlı sərt açıqlamalar verib.

Həm ''Leon'', həm də Meksikanın digər təmsilçisi ''Paçuka'' ''Grupo Pachuca'' şirkətinə məxsusdular. FİFA-nın qaydalarına görə bir hüquqi şəxs və ya şirkət tərəfindən idarə olunan klublar FİFA və UEFA tərəfindən keçirilən eyni turnirdə iştirak edə bilməzlər.
Klublararası Dünya Çempionatı 15 iyun - 13 iyul tarixlərində ABŞ-da keçiriləcək. ''Leon''un yerinə turnirdə iştirak edəcək klubun adı daha sonra bəlli olacaq. Bir dönəm ''Real'' və ''Bavariya''da da top qovmuş 33 yaşlı Xames Rodriges bunları deyib:

''Bu, çox böyük, hətta tarixi bir haqsızlıqdı. Çünki biz meydanda qalib gəlmişik. İndi bizim turnirdən kənarlaşdırılmağımız heç bir məntiqə sığmır. Bu qərar futbol üçün və eləcə də bizi əvəzləyəcək komanda üçün qara ləkədi. Hər birimiz çox məyusuq. Fanatlarımız indidən bu turnirdə iştirak etməyə hazırlaşırdılar. İndi onlara bu qərarı necə izah edəcəklər? Çox qəribə vəziyyətdi. Suallar cavablardan çoxdu. Karyeramda ilk dəfədi, belə bir durumla qarşılaşıram. Bunun arxasında kimlərsə və ya nələrsə, dayanıb. FİFA bu çətin durumu araşdırıb bizə izahat verməlidi. Fanatlarımız soyuqqanlı olsunlar və araşdırmanın bitməsini gözləsinlər. Əslində çox şey deyə bilərəm. Amma indiki məqam üçün deyəcəklərim bu qədərdi. Futbol dünyasını idarə edən bəzi qurumlar çox sərt qərarlar verə bilirlər. Bəzi qərarların futbola heç bir faydası yoxdu. Ümid edirəm ki, FİFA durumu yaxından təqib edir və bir çarə tapacaq. Turnirin startına 2-3 ay qalmış bir klubu kənarlaşdırıb başqasını qəbul etmək düzgün deyil''.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Mart 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qətər aldadıldığını başa düşür

11 Sentyabr 2025 08:20see419

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see357

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see329

Ən varlı amerikalılar onlardır Siyahı açıqlandı

10 Sentyabr 2025 22:34see151

Etirazçılar magistral yolları bağlayıblar, onlarla saxlanılan var

10 Sentyabr 2025 22:31see147

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see143

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see142

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see138

Hesablama Palatası: Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır

10 Sentyabr 2025 17:13see135

Pentaqondan ABŞ ın Çinlə müharibəyə hazırlaşmasına REAKSİYA

11 Sentyabr 2025 00:29see134

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see132

İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN ya birləşdirilir?

10 Sentyabr 2025 21:42see131

Mirzoyan Azərbaycanla delimitasiya prosesindən danışdı

10 Sentyabr 2025 21:44see129

Günün qoroskopu: öz ruhunuza bircə dəfə “eşidirəm səni” desəniz...

11 Sentyabr 2025 00:02see128

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see127

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see127

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see126

Makron istefa ver! deyən yüzlərlə fransız həbs edildi

10 Sentyabr 2025 17:12see125

Yeni telefon modelləri Azərbaycanda təxminən neçə manata satışa çıxacaq?

11 Sentyabr 2025 16:00see121

Astronomlardan maraqlı kəşf: Kosmosda ulduzu yeyən müəmmalı obyekt aşkar edildi

11 Sentyabr 2025 03:16see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri