Tanınmış futbolçu karyerasını başa vura bilər məsciddə imam olmaq istəyir
Icma.az, Sportal.az saytına istinadən bildirir.
"Mançester Yunayted" və Mərakeş milli komandasının müdafiəçisi Nussair Mazraui dünya çempionatından sonra gözlənilmədən peşəkar karyerasını başa vura bilər.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu mənəvi yol və dini fəaliyyətlə məşğul olmaq üçün futbolu tərk etmək barədə ciddi şəkildə düşündüyünü etiraf edib:
"Dünya çempionatından sonra karyeramı bitirə bilərəm. Həyat qısadır. Qurani-Kərimi əzbərləmək və gələcəkdə məsciddə imam olmaq istəyirəm".
Nussair Mazrauinin İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt"ın qiymətləndirməsinə görə, sağ cinah müdafiəçisinin bazar dəyəri 18 milyon avro təşkil edir.
saytlarin hazirlanmasi
Baxış sayı:178
Bu xəbər 23 İyun 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















