Tanınmış futbolçunun qardaşı ölü tapılıb
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Tanınmış serbiyalı futbolçu Nemanya Vidiçin böyük qardaşı Duşan Vidiç Belqradda ölü vəziyyətdə tapılıb.
BAKU.WS xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Duşan Vidiçin ölümünün səbəbləri və hadisənin detalları açıqlanmır. Nemanya Vidiç baş verənlə bağlı hələlik hər hansı şərh verməyib.
Qeyd olunur ki, məşhur futbolçunun böyük qardaşının bioqrafiyası ictimaiyyətə demək olar ki, məlum deyil. Çünki Nemanya Vidiç onu nadir hallarda xatırladıb.
Məlumata görə, Duşan və Nemanya gənclik illərində Serbiyanın "Jedinstvo Uzice" klubunda birlikdə məşq ediblər. Lakin Duşan Vidiç peşəkar futbolçu karyerasını davam etdirməyib.
Nemanya Vidiç 2004–2006-cı illərdə Moskvanın "Spartak" klubunda çıxış edib. Daha sonra "Mançester Yunayted"ə transfer olunan futbolçu İngiltərə çempionatını 5 dəfə qazanıb, Superkubok, 3 dəfə Liqa Kuboku və Çempionlar Liqasının qalibi olub.
Təcrübəli müdafiəçi futbolçu karyerasını 2016-cı ildə İtaliyanın "İnter" klubunda başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 21 Yanvar 2026 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















