Icma.az
close
up
RU
Tanınmış həkimdən tez tez xəmir xörəkləri yeyənlərə XƏBƏRDARLIQ

Tanınmış həkimdən tez tez xəmir xörəkləri yeyənlərə XƏBƏRDARLIQ

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Mövsüm dəyişdikcə insanların üstünlük verdikləri qidalar da dəyişir. Havalar soyuduqca əsasən xəngələ, düşbərəyə və digər xəmir yeməklərinə üstünlük verilir.

Bəs bu yeməklərin tez tez qəbulu orqanizim üçün zərərlidirmi?

Həkim-terapevt Sübhan Hacıyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, insan orqanizmi hava şəraitinə uyğunlaşaraq adaptasiya olur:

"Təsadüfi deyil ki, hava şəraitindən asılı olaraq həm qidalanmamız, həm də əhval-ruhiyyəmiz dəyişir. Yay aylarında qidalanma daha yüngül və rahat, tez həzm olunan qidalardan ibarətdirsə, qış aylarında qidalar daha ağır, çətin həzm olunan olur. İnsanlarda daha çətin və uzun müddətdə həzm olunan qidalar mədədə daha çox qalır və nəticə etibarilə daha çox enerji sərf edərək bədəni isidir. Bu səbəbdən xəmir xörəkləri də daha çox istifadə olunur".

Müsahibimiz qeyd etdi ki, amma uzun müddət və tez-tez xəmir yeməklərin istifadəsi mədə-bağırsaq traktına mənfi təsir göstərə bilər:

"Xüsusilə də qastrit, qastroduodenit kimi xəstəliklərin kəskinləşməsinə gətirib çıxara bilər. Eyni zamanda arterial hipertenziyadan əziyyət çəkən, yəni təzyiqi yüksək olan insanlarda bu problemlərin daha da ağırlaşmasına, artıq çəkiyə, qaraciyər yağlanmasına və şəkərli diabetin yaranmasına səbəb ola bilər.

Bu səbəbdən bu cür qidaların qəbulu, təbii ki, hər gün olmamalıdır və bu cür qidalardan sonra mütləq şəkildə aktiv yürüşlər edilməli, həmçinin həzmi sürətləndirən qida əlavələrindən istifadə olunmalıdır".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Noyabr 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri