Tanınmış idmançının anasına etdiyi sürpriz DİQQƏT ÇƏKDİ VİDEO
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Tanınmış idmançı və aktyor Şükran Soltanov anasının doğum günü münasibətilə hazırladığı sürprizlə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında ad günü məclisindən görüntülər paylaşaraq anasına duyğusal sözlər ünvanlayıb. O, anaların hər zaman xüsusi diqqətə layiq olduğunu vurğulayaraq izləyicilərinə maraqlı çağırış edib.
Şükran Soltanov paylaşımında, "Ən gözəl güllər analara yaraşır. Yalnız sevgililərinizə deyil, analarınıza da gül hədiyyə edin" fikirlərini səsləndirib.
Anasını ad günü münasibətilə təbrik edən aktyor ona olan sevgisini və minnətdarlığını da ifadə edib. Soltanov əldə etdiyi uğurlarda valideynlərinin, xüsusilə də anasının dualarının böyük rol oynadığını bildirib.
O, paylaşımında həmçinin bu özəl gündə sevincini bölüşən və tədbirdə iştirak edən hər kəsə təşəkkürünü çatdırıb.
Səmimi anların yer aldığı görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər Şükran Soltanovun anasına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək paylaşıma çoxsaylı xoş rəylər yazıblar.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 05 İyun 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















