Tanınmış insayderin iddisı: Klopp Almaniya millisinin yeni baş məşqçisi olub
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olub. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, 59 yaşlı mütəxəssis milli komandaya rəhbərlik etməyə razılıq verib. Uzunmüddətli müqavilənin təfərrüatları, eləcə də Kloppun "Red Bull" sistemindən ayrılma şərtləri hələ də müzakirə olunur. Lakin onun Almaniya milli komandasına təyinatı ilə bağlı qərar verilib.
"Red Bull" Kloppun əvəzləyicisi kimi Oliver Qlasneri nəzərdən keçirsə də, avstriyalı mütəxəssis "Nottingem Forest"lə müqavilə imzalayıb.
Qeyd edək ki, Klopp əvvəllər "Liverpul", "Borussiya" və "Mains" komandalarını çalışdırıb. O, Almaniya millisinin "sükanı arxasında" DÇ-2026-da yığma ilə uğursuzluğa düçar Julian Nagelsmannı əvəz edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 15 İyul 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















