Icma.az
close
up
RU
Tanınmış iş adamı yol hərəkəti qaydalarını belə pozdu FOTOLAR

Tanınmış iş adamı yol hərəkəti qaydalarını belə pozdu FOTOLAR

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tanınmış bloqqer Məryəm Novruzi sosial şəbəkə hesabında atası məşhur iş adamı Fərid Novruzi ilə söhbətini əks etdirən növbəti video paylaşıb.

Demokrat.az Editor.az-a istinadən xəbər verir ki, videoda diqqət çəkən bir məqam sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına səbəb olub. Bloqqerin paylaşdığı videoda onun atası Fərid Novruzinin sükan arxasında yol hərəkəti qaydalarını dəfələrlə pozması faktı qeydə alınıb.

Videoda görünür ki, “Novco” şirkətlər qrupunun rəhbəri və Azərbaycan Çimərlik Futbol Federasiyasının sədri Fərid Novruzi avtomobil idarə edərkən diqqətini qızı ilə söhbətə yönəldir, telefonla məşğul olur və bəzi hallarda hər iki əlini sükandan çəkir.

Şübhəsiz ki, bu hərəkətlər həm onun və ailə üzvlərinin, həm də digər yol iştirakçılarının təhlükəsizliyi üçün ciddi risk yaradır.

Ekspertlər bildirir ki, hərəkətdə olarkən telefondan istifadə etmək, diqqəti yayındırmaq və ya sükandan əl çəkmək qəzaya səbəb ola biləcək əsas amillərdəndir.

Bundan başqa Fərid Novruzinin sükan arxasında diqqətini yayındırması, telefonla məşğul olması və əllərini sükandan çəkməsi həm “Yol hərəkəti təhlükəsizliyi haqqında” qanunun müvafiq tələblərinin, həm də inzibati xətalar üzrə qaydaların pozulması deməkdir.

Sosial şəbəkə istifadəçiləri əyləncə videoları fonunda nüfuzlu şəxslər tərəfindən belə davranışların nümayiş etdirilməsinin gənclər üçün pis örnək olduğunu qeyd edirlər.

Hazırki vəziyyət yol hərəkəti qaydalarına ciddi əməl edilməsinin vacibliyini bir daha gündəmə gətirir və tanınmış şəxsləri nümunəvi davranış sərgiləməyə çağırır.

Mətbuatda yayılan və təkzib edilməyən məlumata görə, Fərid Novruzinin qardaşı Elsel Novruzi Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin kürəkənidir. Elsel Novruzi də “Novco” Şirkətlər Qrupuna ortaqdır.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:884
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Yanvar 2026 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri