Tanınmış jurnalist narkotikə görə saxlanıldı FOTO
Milli.az saytına istinadən Icma.az xəbər verir.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində jurnalist Əmrullah Erdinç saxlanılıb.
Milli.Az xəbər verir ki, ictimaiyyətin diqqət mərkəzində olan istintaqda yeni detallar üzə çıxıb.
Daha əvvəl jurnalist Mehmet Akif Ərsoy və Ela Rümeysa Cebecinin həbsindən sonra həyata keçirilən əməliyyatlar zamanı media sahəsindən tanınmış şəxslər də nəzarətə götürülüb. Bu çərçivədə jurnalist Əmrullah Erdinç də saxlanılanlar arasındadır.
İstintaq çərçivəsində, həmçinin film prodüseri Umut Evirgen və 12 dekabr tarixində Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı əyləncə məkanında üç ədəd odlu silahın aşkarlanması ilə bağlı olaraq məkanın meneceri Yaşar Koz da saxlanılıb.
Araşdırmalar davam edir, saxlanılan şəxslərlə bağlı hüquqi prosedurların gedişi barədə rəsmi qurumlar tərəfindən əlavə məlumatların veriləcəyi gözlənilir.
Fidan
Milli.Az
Baxış sayı:59
Bu xəbər 23 Dekabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















