Tanınmış müğənnidən müraciət: Azərbaycanda futbol yoxdur kimi kəlmələr eşitməkdənsə...
Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.
Müğənni Elvin Abdullayev Gənclər və İdman Nazirliyi və AFFA-ya müraciət edib.
Metbuat.az xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb. E.Abdullayev soyuq hava şəraiti ilə əlaqədar uşaqlar üçün nəzərdə tutulan futbol meydançalarında istilik sisteminin olmamasından şikayətlənib:
"Müraciətim AFFA-yadır. Zəhmət olmasa, kiçik yaşlı uşaqlar üçün istilik sistemi olan meydançalar tikdirin. Bu cür hava şəraitində o uşaqların məşq etməyi həm çətin, həm də qəlizdir. Sonra Azərbaycanda futbol yoxdur kimi kəlmələr eşitməkdənsə, futbolçunun kiçik yaşlarından qeydinə qalmalısan. Daha uşaq soyuqda qaçıb iki gündən bir xəstələndi yox. Gənclər və İdman Nazirliyi və ya AFFA, xahiş edirəm, bu nüansları nəzərə alın".
Baxış sayı:64
Bu xəbər 02 Mart 2025 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















