Tanınmış müğənninin xatirəsinə muzey açıldı
Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Görkəmli amerikalı kantri ifaçısı Dolli Partonun həyat və yaradıcılığına həsr olunmuş yeni muzey sənətçinin avqust ayında 80 yaşında vəfat etməsindən sonra Tennessi ştatının Neşvil şəhərində qapılarını ziyarətçilərə açıb.
Kulis.az xəbər verir ki, "Dolly’s Life of Many Colors" adlanan 20 min kvadratmetrlik muzey sənətçinin adını daşıyan otelin daxilində yerləşir.
Muzeydə Partonun uşaqlıq illərindən səhnə kostyumlarına, "Dollywood" parkından xeyriyyəçilik fəaliyyətlərinə qədər zəngin irsi nümayiş olunur.
Sərgilənən eksponatlar arasında sənətçinin uzun müddət itkin düşdüyü zənn edilən, lakin bir il əvvəl sandıqda tapılan orijinal gəlinliyi də yer alır.
Partonun prodüseri Stiv Sammerz onun sağlığında böyük həyəcanla gözlədiyi bu layihənin açılışını görmədən dünyasını dəyişməsinin hər kəs üçün kədərli olduğunu deyib.
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq Rus dilini özbaşına öyrəndi, Tolstoyla məktublaşdı... - Prosper Merime haqqında maraqlı faktlar Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır
Baxış sayı:61
Bu xəbər 07 Oktyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















