Tanınmış oyunçu həbs olundu
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Finiks” və “Klipers”in sabiq hücumçusu Markus Morris dələduzluq ittihamı ilə həbs edilib. SİA xəbər verir ki, bu barədə “TMZ Sports” məlumat yayıb. Tanınmış 35 yaşlı amerikalı basketbolçu Las Veqasda yerləşən kazinolardan 250 min dollardan çox pul oğurlamaqda ittiham olunur.
Məlumata görə, o, 2024-cü ilin mayında “MGM Grand Hotel and Casino”dan saxta çeklərlə 115 min dollar, bir ay sonra isə “Wynn Las Vegas” kazinosundan eyni üsulla 150 min dollar əldə edib. Morris bazar günü “Fort-Loderdeyl-Holivud” beynəlxalq hava limanında saxlanılıb.
Məhkəmə onun girovla azadlığa buraxılması ilə bağlı vəkillərin vəsatətini rədd edib. Qeyd edək ki, Markus Morris 2024-cü ildən bəri basketbol oynamır. Onun NBA-dəki son klubu “Klivlend” olub. Karyerası ərzində 834 oyuna çıxan basketbolçu orta hesabla 12 xal, 4.4 ribaund və 1.5 asistlə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 31 İyul 2025 04:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















