Tanınmış pianoçu nazir təyin edildi
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tanınmış pianoçu, UNESKO-nun sülh uğrunda artisti Elisso Bolkvadze Gürcüstanın Acarıstan Muxtar Respublikasının mədəniyyət naziri təyin olunub.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Acarıstan hökumətinin başçısı Tornike Rijvadze bildirib.
O qeyd edib ki, bundan sonra Acarıstanda Mədəniyyət Nazirliyi ayrıca qurum kimi fəaliyyət göstərəcək.
T.Rijvadzenin sözlərinə görə, yeni nazirlik formatı bölgədə mədəniyyətin inkişafına böyük töhfə verəcək.
Qeyd edək ki, E.Bolkvadze bundan öncə Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri olub. O, Batumi Qara dəniz Musiqi və İncəsənət Festivalının təsisçisidir.
Baxış sayı:121
Bu xəbər 04 Mart 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















