Icma.az
close
up
RU
Tanınmış professordan SENSASİON AÇIQLAMA KONKRET

Tanınmış professordan SENSASİON AÇIQLAMA KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın ictimai-siyasi gündəminin gərginləşdiyi bir vaxtda tanınmış alimdən sərt bəyanat gəlib.

KONKRET.az xəbər verir ki, Elmlər doktoru, professor Vaqif Abdullayev sosial şəbəkə hesabında ölkədə baş verən ictimai-siyasi proseslərlə bağlı sərt mövqeyini ifadə edib.

Professor bildirib ki, Azərbaycan hazırda dövlətçiliyə qarşı yönəlmiş təhlükəli və həssas mərhələdən keçir və bu mərhələdə heç kəs biganə qalmamalıdır. Onun sözlərinə görə, vaxtilə hakimiyyətin ən yüksək postlarında təmsil olunan, hazırda isə dağıdıcı müxalifət düşərgəsi ilə birgə hərəkət edən şəxslərin ifşası hər kəsi açıq mövqe nümayiş etdirməyə vadar edir.

Vaqif Abdullayev vurğulayıb ki, ictimai-siyasi baxışından, partiya mənsubiyyətindən və sosial statusundan asılı olmayaraq, Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə sadiq olan hər kəs mövqeyini ortaya qoymalıdır. O, qeyd edib ki, özünün uzunillik elmi, ictimai və siyasi fəaliyyəti Ümummilli lider Heydər Əliyevin siyasi kursuna və Prezident İlham Əliyevə bağlı olub:

“Hələ 1999-cu ildə yazdığım “O Böyük Siyasətə hazırdır” kitabımda da Cənab İlham Əliyev haqqında mövqeyimi açıq şəkildə ifadə etmişəm. Bu gün də bir ziyalı kimi susmağı özümə bağışlaya bilməzdim”.

Paylaşımda Ramiz Mehdiyev və Abbas Abbasovun adlarını çəkən professor, onların dövlətə qarşı fəaliyyətlərdə yer aldıqlarını bildirib. Abdullayev qeyd edib ki, 2022-ci ildə Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı kəskin mövqeyini açıqlayıb və onun AXCP-Müsavat hakimiyyəti dövründə Milli Elmlər Akademiyasına vurduğu zərərlərə diqqət çəkib.

Professorun sözlərinə görə, son proseslər Ramiz Mehdiyevin Əli Kərimli, Gültəkin Hacıbəyli və digər müxalifət nümayəndələri ilə birgə dövlət əleyhinə fəaliyyətdə iştirak etdiyini üzə çıxarıb. O, Mehdiyevin ətrafında vaxtilə yüksək dövlət vəzifələrində çalışmış və ali dövlət mükafatları almış şəxslərin də yer aldığını qeyd edib.

Vaqif Abdullayev Abbas Abbasovla bağlı da sərt fikirlər səsləndirərək, onun dövlətin əsaslarını sarsıtmağa yönəlmiş fəaliyyətlərdə iştirak etdiyini bildirib. Professor qeyd edib ki, Prezident İlham Əliyev bu şəxsləri təqaüdə göndərərkən dövlətin ali mükafatları ilə təltif etməklə yüksək nəciblik nümayiş etdirib.

Paylaşımda Abdullayev vurğulayıb ki, bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan dövlətinin möhkəm dayaqları var və xalq–Prezident İlham Əliyev birliyi heç bir qüvvənin planlarının reallaşmasına imkan verməyəcək:

“İlham Əliyevin Dəmir Yumruğu təkcə separatçılara qarşı deyil, milli satqınların da başı üzərindədir”.

Sonda professor gələcək naminə dövlətə qarşı çıxan qüvvələrə və onlarla əlbir olan xarici mərkəzlərə qarşı birlik nümayiş etdirməyin vacibliyini qeyd edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Dekabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri