Tanınmış psixoterapevt Kurpatovun köməkçisinə hökm oxundu
Icma.az, Medicina portalına istinadən məlumatı açıqlayır.
Tanınmış rusiyalı psixoloq, aparıcı Andrey Kurpatovun uzun illər köməkçisi olmuş Aleksey İevskiyə hökm oxunub.
“Medicina” xəbər verir ki, Sankt-Peterburq məhkəməsi ona 6 il həbs cəzası verib.
Aleksey dələduzluq və külli-miqdarda oğurlu maddəsi ilə ittiham olunub.
Belə ki, o Kurpatovu inandıraraq, bağ evi tikintisi, mənzil və Porşe avtomobili almaq üçün pulları ona verməyə nail olub. Ümumilikdə 2 il ərzində 33 milyon rubl mənimsənilib.
Eləcə də onlayn kursların satışından əldə olunan məbləğin 50%-ni Kurpatova verəcəyi ilə razılaşsa da, xeyli miqdar pulu gizlədib.
Azadlıqdan məhrum edilən Aleksey 75 milyon maddi zərəri də ödəməlidir.
Əks təqdirdə onun həbs müddəti uzadıla bilər.
Kurpatov özü səs-küylü məhkəmənin son iclasına gəlməyib. Aleksey özünü heç bir maddə ilə təqsirli bilmir. O, Kurpatovun ondan istifadə etdiyi və şər atdığını bildirib.
Aygün Musayeva


