Icma.az
close
up
RU
Tanınmış şair, tərcüməçi Ayaz Vəfalı vəfat edib

Tanınmış şair, tərcüməçi Ayaz Vəfalı vəfat edib

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tanınmış şair, tərcüməçi Ayaz Vəfalı vəfat edib.

Azpost.info bildirir ki, bu barədə kulturoloq Aydın Xan məlumat verib.

Ayaz Rza oğlu Cəfərov (Ayaz Vəfalı) 1937-ci il aprel ayının 1-də Azərbaycanın Astraxanbazar (indiki Cəlilabad) rayonunun Sabirabad kəndində anadan olub. O, burada orta məktəbi bitirdikdən sonra 1954-1959-cu illərdə ADU-nun Filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1960-cı ildə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında başlayıb. Sonra texniki katib, ədəbi işçi, Tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olub. “Ədəbiyyat qəzeti”nin baş redaktoru olub. 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ayaz Vəfalı “Füzuli və folklor” mövzusunda elmi araşdırmalar aparıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasını bitirib. 1972-ci ildə “Füzuli və folklor” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Bədii yaradıcılığa “Lenin tərbiyəsi uğrunda” çoxtirajlı universitet qəzetində çıxan ilk şeirləri ilə başlayıb. O, mütəmadi olaraq dövri mətbuatda şeirləri, tərcümələri və ədəbi-tənqidi məqalələri ilə çıxış edir.

Ayaz Vəfalı müxtəlif illərdə “İllər və nəsillər”, “Ürək və od”, “Turacın mahnısı”, “Bəlkə onda öyrənmişik” “Özü oda yana-yana” şeirlər kitabının, “Füzuli öyrədir”, “Sənətkar və xalq”, “Füzuli xəlqiliyi” kimi elmi kitabların müəllifidir. O, həmçinin Nəvainin “Leyli və Məcnun” poemasını, T.Şevçenkonun “Kor qadın” poemasını, rus yazıçısı A.Çaykovskinin “Qələbə” siyasi romanını (I cild), dünya xalqlarının atalar sözü və məsəllərindən ibarət “Atalar sözü – ağıl gözü” kitabını Azərbaycan dilinə tərcümə edib.

Ayaz Vəfalı yeni çapdan çıxmış “Yarım əsrlik yol” kitabında 1960-cı ildən “Ədəbiyyat və incəsənət” qəzeti səhifələrində çap olunmuş əsərləri toplanıb.

O, 1984-cü ildə “Azərbaycanın Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

O, həmçinin 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və 1997-ci ildən isə Yazıçılar Birliyi Məclisinin üzvü seçilib.

Allah rəhmət eləsin.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 Oktyabr 2026 00:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri