Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Külli miqdarda dələduzluq etməkdə ittiham olunan “Zamin Əmlak Agentliyi”nin əməkdaşlarının məhkəməsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, şirkətin direktoru Oqtay Zərbalıyev, eləcə də həmin agentliyin satış menecerləri - Orxan Əliyev və Natiq Şahmuradova hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onlar Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə təqsirli biliniblər.
Hökmə əsasən, O. Zərbalıyevə 7 il 6 ay, N.Şahmuradova 6 il, O. Əliyevə isə 5 il həbs cəzası verilib.
Bildirilib ki, məhkəmədə 33 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Onların vətəndaşlara güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər verməklə 1 490 200 manat aldığı qeyd edilib.
Fotoda: Oqtay Zərbalıyev
Baxış sayı:92
Bu xəbər 04 Dekabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















