Tanınmış siyasətçinin arvadının və oğlunun meyitləri tapıldı VİDEO
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Saxa (Yakutiya) Respublikasında tanınmış siyasətçi Savva Mixaylovun dul arvadı və oğlunun meyitləri tapılıb. Şübhəli şəxs kimi onların azyaşlı qızının adı keçir.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, ötən gün Yakutsk şəhərinin 202-ci mikrorayonundakı mənzildə 40 yaşlı Valeriya və onun 11 yaşlı oğlunun cəsədləri aşkarlanıb. Bu, 2023-cü ildə hospitalda vəfat etmiş ictimai xadim, Yakutiya Əhalinin Məşğulluğu üzrə Dövlət Komitəsinin sabiq sədr müavini və Xüsusi Hərbi Əməliyyat iştirakçısı Savva Mixaylovun ailəsidir.
Məlumata görə, cinayəti onların 16 yaşlı qızı tərəfindən törədildiyi ehtimal olunur. Hazırda istintaqçılar yeniyetmənin ifadəsini alırlar. Hadisə yerindən çəkic və bıçaq götürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 04 Oktyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















