Icma.az
close
up
RU
Tanınmış torpaqşünas alim

Tanınmış torpaqşünas alim

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amin İsmayılov – 75

Azərbaycanın elmi ictimaiyyəti ölkəmizdə torpaqşünaslıq elminin inkişafında özünəməxsus yeri və xüsusi xidmətləri olan aqrar elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Amin İsmayılovun anadan olmasının 75 illik yubileyini qədirbilənlik və sevgi-sayğı ilə qeyd edir.

Ömrünün 50 ilini elmi araşdırmalara sərf etmiş Amin İsmayılov 1951-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. O, 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsini bitirmişdir. Orduda xidmətdən sonra 1974-cü ildə Kürdəmir şəhərində yerləşən “Şirvanmeliosutikinti” trestində mühəndis kimi çalışmağa başlamışdır.

Tələbəlik illərindən elm sahəsinə maraq göstərən Amin İsmayılov 1975-ci ildə Moskva hidromeliorasiya İnstitutunda aqrar sahənin rəhbər işçiləri üçün təşkil edilmiş təkmilləşdirmə kursunda təhsilini davam etdirərək Moskva alimlərinin torpaq meliorasiyası üzrə apardığı elmi-tədqiqatlarla yaxından tanış olmuşdur. O, Bakıya qayıdandan sonra Azərbaycan Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əyani aspiranturasına daxil olmuşdur.

Həmin illərdə şorlaşmaya məruz qalmış torpaqların duzlardan yuyularaq kənd təsərrüfatı məhsullarının istehsalı üçün əkin dövriyyəsinə qaytarılması məsələsi təkcə respublikamızda deyil, bütün keçmiş İttifaq miqyasında ən aktual problemlərdən biri idi. Məhz buna görə Amin İsmayılovun ilk elmi araşdırması suvarma suyuna qənaət etmək məqsədilə şorlaşmış torpaqların yuyulmasında istifadəsiz olaraq dənizə axıdılan minerallaşmış kollektor sularından istifadə imkanlarının öyrənilməsinə həsr olunmuşdu. Bu araşdırmaların nəticəsi olaraq A.İsmayılov 1981-ci ildə “Şirvan düzünün şorlaşmış subasar-çəmən torpaqlarının minerallaşmış sularla yuyulması” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.

Amin İsmayılov 1985–1988-ci illərdə Suriya Ərəb Respublikasında beynəlxalq ekspert kimi tədqiqatlar aparmış, digər həmkarları ilə birlikdə Cənubi Hələb torpaqlarının şorlaşma, torpaq və torpaqların aqrar istehsalat rayonlaşdırılması xəritələrinin, həmçinin yekun hesabatın həmmüəlliflərindən biri olmuşdur. Xaricdən qayıdandan sonra alim Azərbaycanda da torpaq informatikası üzrə tədqiqatlara başlamaq məqsədilə SSRİ-nin Hesablama Texnikası və İnformatika üzrə Dövlət Komitəsinin Bakı Elmi Tədris Mərkəzində proqram vasitələrinin işlənib hazırlanması ixtisasına yiyələnmişdir.

Artıq 1990-cı ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda torpaq və aqrokimyəvi tədqiqatlarda EHM-dən istifadə qrupunu yaratmaqla respublikada torpaq informatikasının elmi əsaslarının bünövrəsini qoymuşdur. 1995-ci ildə isə həmin qrupun bazasında torpaq informatikası və monitorinqi laboratoriyası təşkil edilmişdir. 2015-ci ildən etibarən “torpaq-coğrafi informasiya sistemləri” adlandırılan həmin laboratoriyaya rəhbərlik etdiyi dövrdə Amin İsmayılov Azərbaycan torpaqşünaslığında yeni və müasir elmi istiqamət olan torpaq informatikasının və torpaq tədqiqatlarında Coğrafi İnformasiya Sistemlərindən–istifadənin əsaslarını işləyib hazırlamışdır.

Amin İsmayılovun elmi-tədqiqat nəticələri həmişə istehsalatla əlaqəli olmuşdur. Respublikamızda həyata keçirilən torpaq islahatları zamanı alim elmi fəaliyyətlə yanaşı, 1997-2009-cu illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinə rəhbərlik etmişdir. Burada çalışdığı dövrdə texnoloji prosesin ən müasir avadanlıq və proqram təminatları ilə təchiz edilməsinə nail olmuşdur. Onun 2000-ci ildə çap etdirdiyi “Torpaqların konseptual diaqnostik modelləri” monoqrafiyası bu istiqamətdə atılmış mühüm addımlardan biri idi. Torpaq təsnifatının beynəlxalq sistemlərə uyğunlaşdırılması məqsədilə 2002-ci ildə alim digər həmkarları ilə birlikdə hazırladığı “Azərbaycan torpaq təsnifatının WRB sistemi ilə korrelyasiyası” adlı monoqrafiyası işıq üzü görmüşdür.

Amin İsmayılov çoxillik elmi-tədqiqatlarının nəticələrini ümumiləşdirərək, 2003-cü ildə “Azərbaycan torpaqlarının informasiya sistemi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, ona torpaqşünaslıq və ekologiya” ixtisasları üzrə aqrar elmlər doktoru, alimlik dərəcəsi verilmişdir. 2011-ci ildə professor elmi adına layiq görülən A.İsmayılov 2014-cü ildə “Torpaqşünaslıq” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.

Alim müxtəlif dövrlərdə respublikamızda həyata keçirilən kadastr layihələrinin məsul icraçısı və koordinator olmuşdur. 2003-2005-ci illərdə icra olunan Azərbaycan-İsveçrə kadastr layihəsinin ideya müəllifi olan professor Amin İsmayılov həm də layihənin Azərbaycan tərəfindən direktoru vəzifəsini yerinə yetirmişdir. İsveçrədən xüsusi kameralarla təchiz olunmuş təyyarə gətirilmiş, Bakı şəhəri və Abşeron rayonu da daxil olmaqla geniş bir ərazidə dəqiq aeroçəkilişlər aparılmışdır.

Azərbaycan torpaqşünaslığının Avropa Birliyi torpaq-coğrafi məkanına inteqrasiya problemi 2010-cu ildən etibarən alimin elmi yaradıcılığında əsas mövzulardan biridir. Amin İsmayılov Beynəlxalq Torpaq Verilənləri Bazalarında respublikamızın mənafeyini qorumaq üçün Avropa İttifaqı və FAO-nun müvafiq qurumları ilə əməkdaşlığı bu gün də davam etdirir.

Professor Amin İsmayılov BMT-nin Qlobal Torpaq Tərəfdaşlığı Proqramında uzun illərdir ki, Azərbaycan torpaqşünaslığını təmsil edir. Alim 2023-cü ildə Avropa Komissiyası ilə FAO-nun birgə nəşr etdirdiyi atlasda “Azərbaycanın rəqəmsal torpaq xəritəsi” hissəsinin həmmüəllifidir. Amin İsmayılov digər həmkarları ilə birlikdə müasir geoinformasiya texnologiyalarının imkanlarından istifadə etməklə milli torpaq təsnifatını təkmilləşdirmişdir.

AMEA-nın müxbir üzvü Amin İsmayılov 180-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiya, 5 ali məktəb dərsliyi, kitablar, atlaslar və xəritələrin həmmüəllifidir. Elmi tədqiqatlarının nəticələri beynəlxalq konfrans materiallarında və jurnallarda geniş dərc olunan alim Fransa, İsveçrə, İtaliya, İspaniya, Macarıstan, Avstriya, Hollandiya, Türkiyə, Rumıniya, Cənubi Koreya, Rusiya, Qazaxıstan, Estoniya və s. xarici ölkələrdə elmi konfrans, simpozium və dəyirmi masalarda fəal iştirak etmişdir.

2004-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində əvəzçiliklə pedaqoji fəaliyyətlə məşğul olan Amin müəllim geomatika kafedrasının professoru kimi magistrlərin hazırlanmasında iştirak edir. Alim 2015-ci ildə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasında Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şuranın sədri seçilmişdir. O, 2017-2022-ci illərdə Ali Attestasiya Komissiyasının Biologiya və Aqrar Elmlər üzrə Ekspert Şurasının sədri kimi yüksəkixtisaslı elmi kadrların yetişdirilməsində də fəal roy oynamışdır. Alim 2023-cü ildən isə AAK Rəyasət Heyətinin üzvü olaraq, bu məsul missiyanı daha geniş şəkildə davam etdirir.

Azərbaycan elmi mühitində öz yeri olan həmkarımız, AMEA-nın müxbir üzvü Amin İsmayılovu 75 illik yubileyi münasibətilə səmimi–qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi-pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.

Məhərrəm BABAYEV,
akademik

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Mart 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri