Icma.az
close
up
RU
Tanınmış türk iş adamından azərbaycanlı assistentinə AĞIR İTTİHAMLAR “Pulumu sevgilisinə xərclədi”

Tanınmış türk iş adamından azərbaycanlı assistentinə AĞIR İTTİHAMLAR “Pulumu sevgilisinə xərclədi”

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstanbulda beynəlxalq sərmayələri ilə tanınan iş adamı Yavuz Yükselir keçmiş assistenti, Azərbaycan vətəndaşı Gülər Nəzərova barəsində bir sıra ittihamlar səsləndirib.

 Azərbaycan vətəndaşı olan Gülər Nəzərova uzun illər ərzində "Yükselir” Qrupunun sədri Yavuz Yükselirin assistenti kimi çalışıb.

Y. Yükselirin iddiasına görə, uzun illər yanında çalışan G. Nəzərova işə başladığı vaxtlarda fotostudiyada xırda işlərlə məşğul olurdu və maddi imkanı yox idi. O bildirib ki, G. Nəzərovaya dəstək göstərib, karyera imkanları yaradıb. İş adamı iddia edir ki, bu etimad sonradan xəyanətə çevrilib.

Y. Yükselir keçmiş assistentini evini, bahalı saatlarını, həyat yoldaşının külçə qızıllarını və seyfdə saxlanılan digər əşyaları oğurlayaraq satmaqda ittiham edib. Onun sözlərinə görə, əldə edilən pullar G. Nəzərovanın sevgilisi və ətrafındakı şəxslərlə xərclənib.

İddialara görə, G. Nəzərova oğurlanan sertifikatlı saatlar və külçə qızılları satarkən təşkilatlanmış bir qrupla hərəkət edib. Əşyaların G. Nəzərovanın zərgər sevgilisi vasitəsilə satışa çıxarıldığı qeyd olunur.

Hadisədə adıçəkilən şəxslərdən birinin də Türkiyədə terror təşkilatı olan "Devrimci Halk Kurtuluş Partisi – Cephesi” DHKP/C işi üzrə həbsdə olan Ataşəhərin keçmiş bələdiyyə başqan müavini Abdullah Derinin qızı Özlem Der olduğu irəli sürülür. G. Nəzərova ilə yaxın ticarət əlaqələri qurduğu deyilən Özlem Der də iddialarda adı hallanan şəxslər arasındadır.

İş adamı bildirib ki, məsələni iki ildən artıq susaraq gizli saxlayıb, lakin hazırda bunu "şərəf məsələsi” kimi görür.

Y. Yükselir həmçinin hüquqi addımlar atdığ

ını vurğulayıb:

"Gülər Nəzərova bir fotostudiyada işləyirdi. Kasıb bir ailənin qızı idi. 2013-cü ildə işə götürdüm, ailəsinə dəstək oldum. Bizimlə birlikdə heç vaxt görə bilməyəcəyi mühitlərə daxil oldu. Həyat yoldaşım özünə aldığı geyimlərdən ona da aldı. Evimizin açarını belə ona etibar etdik. Amma o, şeytani bir hiylə ilə xəyanət etdi. Mən Almaniyada hüquqi problemlərimlə məşğul olduğum, həyat yoldaşım isə doğum səbəbindən İspaniyada olduğu vaxt bu oğurluğu etdi. Mənim susacağımı sandı, amma yanıldı. Mən problemlərimi həll etdim və indi Türkiyəyə qayıdıram. Gülər Nəzərova və onun şəriklərindən hüquqi müstəvidə hesab soracağam!”

Xatırladaq ki, G. Nəzərovaya qarşı dələduzluq, oğurluq və talama maddələri ilə cinayət işi açılıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Sentyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see334

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see236

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see167

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see151

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see149

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see135

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see135

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri