Tanınmış xəstəxana Nigar Köçəlidən 222 min manat təzminat tələb edir
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün Nəsimi Rayon Məhkəməsində LIV Bona Dea Hospital xəstəxanasının mənə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin ilk iclası keçirildi.
Gununsesi.info xəbər verir ki, bunu Əli və Nino kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli sosial şəbəkə hesabında yazıb.
“Məlum olduğu kimi, sosial şəbəkə hesabımda xəstəxanada keçirdiyim əməliyyatdan sonra yaşadığım sarsıntılar və qarşılaşdığım problemlərlə bağlı paylaşım etmişdim. “Liv Bona Dea” xəstəxanası isə həmin paylaşımı əsas götürərək məni məhkəməyə verib və 222 min manat məbləğində təzminat tələb edir.
Bugünkü iclasda iş üzrə ilkin məsələlər müzakirə olundu və tərəflərin mövqeləri dinlənildi.
Növbəti iclas 7 aprel tarixinə təyin olundu. Prosesin gedişi ilə bağlı məlumatları paylaşmağa davam edəcəyik”, – deyə o qeyd edib.
Qeyd edək ki, Nigar Köçərli tanınmış naşir, tərcüməçi-yazar; “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun həyat yoldaşıdır.
Baxış sayı:159
Bu xəbər 04 Mart 2026 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















