Icma.az
close
up
RU
Tanınmış yazıçı nikah qadağasından danışdı: Müasirləşin!”

Tanınmış yazıçı nikah qadağasından danışdı: Müasirləşin!”

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“Ənənəyə qalsa, əvvəla yaxşı ənənələri saxlamaq lazımdır. Yəqin sən də eşitmisən ki, guya əmioğlu ilə əmiqızının kəbini göydə kəsilir. Göydə o kəbini kim kəsir? Göydə elə bil nikah idarəsi var?”

Bu sözləri Yenisabah.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. O, bildirib ki, qohumların evlənməsi, tut ağacını tut ağacına calayan səriştəsiz aqronomların işinə bənzədirəm

“Mən ürəyimdə bu qanuna səs verdim ki, yaxşı edirlər. Bir neçə yüz il bundan qabaq, Yəməndə ağıllı şah peyda olub. Deyib ki, ancaq qohumla qohum evlənə bilər. Keçən əsrin 70-ci illərində mən yəmənliləri gördüm. Mənim təyinatımı o vaxt SSRİ müdafiə nazirliyinə vermişdilər. Əfqanlarla tərcüməçi işləyirdim. Orada yəmənlilər də var idi. Həmin yəmənlilərin arasında boyu 1 metr yarımdan yuxarı adam görmədim. Mənə maraqlı gəldi. Onların birindən bu barədə soruşdum. Dedi ki, bizim bir şahımız olub və belə bir qərar verib. Bu onun nəticəsidir. Başqa bir misal çəkim. Bizim Qarabağda, həyətimizdə gözəl armud ağacı vardı. Rəhmətlik atam onu heyva ağacı ilə calaq etdi. Həmin armudu yeyəndə, həm də heyva ətrinin iyi gəlirdi. Görün necə gözəl calaqdır. İnsan nə edirsə, təbiəti təkrar edir. Uşaq ata-ananı təkrar edir. İnsan üçün də ən böyük ata-ana, valideyn təbiətdir. Heç eşitmisən ki, kimsə tut ağacını tut ağacı ilə calaq etsin? Mən qohumların evlənməsini, tut ağacını tut ağacına calayan səriştəsiz aqronomların işinə bənzədirəm”. Toyuqlu pizza

Seyran Səxavət qeyd edib ki, Milli Məclisin qohum evlilikləri ilə bağlı qadağasını tam dəstəkləyir:

“Ənənəyə qalsa, əvvəla yaxşı ənənələri saxlamaq lazımdır. Yəqin sən də eşitmisən ki, guya əmioğlu ilə əmiqızının kəbini göydə kəsilir. Göydə o kəbini kim kəsir? Göydə elə bil nikah idarəsi var? Adət-ənənə gözəl şeydir, biz ona heç vaxt arxa çevirə bilmərik. Amma yaxşı və sağlam adət-ənənədən söhbət gedir. Əgər insanlarımız yaxşı mənada müasirləşmək istəmirsə, onda dövrün texnoloji yeniliklərini də qəbul etməsinlər. Köhnə adətdə qalmaq istəyənlər, zəhmət olmasa bütün bu yeniliklərdən istifadəni də adətlərin əleyhinə hesab etsinlər. Nə telefonla danışsınlar, nə də televiziyaya baxsınlar. Ona qalsa, bizim babalarımız son 200 il ərzində torpaqları verə-verə gəlib. Biz də onlara baxıb deyək ki, babalarımız verib, biz də verək getsin. Amma biz başqa cür etdik, 200 il ərzində verilən torpaqları təzədən aldıq. Yəni bu əslində elə-belə məsələ deyil. Milli Məclis bəzən bu cür ağıllı qanunlar qəbul edir. Mən öz aləmimdə onu dəstəkləyirəm. Qohum elə qohumdur da. Əmioğlu əmioğludur, əmiqızı əmiqızıdır. Başqa biri ilə qohum ol ki, qoy qohumluq əhatəniz biraz da geniş olsun. Bunun nəyi pisdir ki?” 

Xatırladaq ki, sabahdan ehtibarən Azərbaycanda qohum evlilikləri qadağan edilir. Ailə Məcəlləsinə əsasən, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyəcək.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 İyun 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see272

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see227

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see216

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see159

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see145

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri