Icma.az
close
up
RU
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər

Tanınmış ziyalılar Prezidentə müraciət etdilər

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Bir qrup alim, ictimai xadim və yazar tanınmış dilçi-alim İdris Abbasovun mənzil probleminin həlli üçün ölkə başçısı İlham Əliyevə və I Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət imzalayıb.

Müraciətdə uzun illərdir kirayələrdə və yataqxanalarda yaşayan İdris Abbasova ağır maddi-sosial durumunu nəzərə alaraq, onun dövlət hesabına mənzillə təmin olunması xahiş olunur.

Müraciətdə deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov haqqında bu məktubu Sizə ünvanlayanda elm adamlarına böyük diqqətinizə güvənir, xahişimizə həssas yanaşacağınıza ümid bəsləyirik:

"Nəzərinizə çatdıraq ki, İdris Abbasov müstəqillik dövrü Azərbaycan dilçiliyində müasir dünya dilçiliyinin nəzəri səviyyəsinə uyğun fundamental elmi tədqiqatların aparılmasında, dilşünaslıq sahəsində müvafiq kadrların hazırlanmasında əvəzsiz xidmətləri olan az sayda dilçi-alimlərdən biridir.

İdris Abbasov Bakı Dövlət Universitetin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirmiş, orta məktəbdə və Bakı Dövlət Universitetində müəllim, Naxçıvan Dövlət Universitetində müəllim, sonra kafedra müdiri, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda baş elmi işçi, sonra şöbə müdiri vəzifələrində olmaqla, 30 ilə yaxın elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, dilçililik elmində, xüsusən sami dilləri, nəzəri dilçilik və Azərbaycan dilçiliyi sahəsində əhəmiyyətli əsərlər ortaya qoymaqla, dilçiliyimizə “tərcümə, tədqiqat və şərh” üslubunu gətirmişdir. Bundan əlavə, o, on ildən artıq Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Naxçıvan MR İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

İ.Abbasovun XXI əsrdə canlandırdığı dahi Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiqat və şərhi” (Azərbaycan dilinin ilk elmi qrammatikası) monoqrafiyası Azərbaycan dilçiliyində hadisə sayılmış və əsər 2018-ci ildə Dövlət mükafatına təqdim olunmuşdur. Onun dilçiliyə dair digər əsərləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. İ.Abbasov yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifidir. Onun monoqrafiyalarına dünyanın müxtəlif ölkələrindən müsbət münasibət və rəylər bildirilmişdir. Lakin dövlətimizə və elmimizə kifayət qədər xidmətləri olan bir şəxs, təəssüf ki, maddi çətinlik içərisində 4 nəfər ailə üzvü ilə birlikdə tam əlverişsiz bir şəraitdə – kiçik yataqxana otağında yaşayır. Ailə-uşaq qayğısı olan bir alimin evsiz, üstəlik də yetkin yaşlı xəstə övladının olmasının nə qədər çətin olduğunu geniş vurğulamağa, yəqin ki, ehtiyac yoxdur. Əgər alimə dövlət tərəfindən kömək göstərilməsə, onun öz mənzil problemini nə vaxtsa öz gücü ilə həll edəcəyini düşünmək çətindir.

Möhtərəm cənab Prezident!

Biz aşağıda imza edənlər elm və dövlətimiz qarşısındakı xidmətlərini, özünün, xüsusən övladının uzunmüddətli xəstəliyini, çətin maddi durumda yaşadığını nəzərə alıb professor İdris Abbasovun fərdi mənzillə təmin olunmasına kömək etməynizi xahiş edir, göstərəcəyiniz dəstəyə görə bütün elm və ümumən, ictimaiyyət nümayəndələri adından Sizə əvvəlcədən dərin və sonsuz minnətdarlığımızı bildiririk".

Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin direktoru, BDU Ümumi dilçilik kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Əbülhəsən Abbasov – Azərbaycan filosofu, AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor, Rusiya Pyotr Akademiyasının və “Dünya professorları sülh uğrunda” Beynəlxalq Təşkilatın üzvü

Qulu Məhərrəmli – filologiya elmləri doktoru, BDU-nun professoru, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i, Prezident təqaüdçüsü

Nigar Gözəlova – tarix elmləri doktoru, dosent, AMEA

Nizami Tağısoy – filologiya elmləri doktoru, professor, AMEA

Əsəd Cahangir – filoloq, tənqidçi, ədəbiyyatşünas, AYB

Sərdar Zeynal – filologiya elmləri doktoru, professor, APU

Vüqar Qaradağlı – filologiya elmləri doktoru, BDU

Nəsrulla Məmmədov – filologiya elmləri doktoru, professor, BDU

Siracəddin Hacı – filologiya elmləri doktoru, dosent, AMEA

Ramin Əlizadə – tarixçi-urartuşünas, AMEA

İlhami Cəfərov – filologiya elmləri doktoru, AMEA

Zülfiyyə Musəvi – filologiya üzrə fəlsəfə doktoru, AMEA

Gülsüm Hüseynova – filologiya elmləri doktoru, dosent, AMEA

Faiq Ələkbərli – fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, AMEA

Gülşən Axundova – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA

Fizuli Mustafayev – filologiya elmləri doktoru, AMEA

Adilə Nəzər – şair-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, AYB

Nəriman Qasımoğlu – tarix üzrə fəlsəfə doktoru

Səyyar Məmmədov – filoloq, Naxçıvan MR Mədəniyyət Nazirliyi

Fuad İslamzadə – tibb üzrə fəlsəfə doktoru, dosent, ATU

Xanoğlan Əhmədov – jurnalist, təsisçi və baş redaktor

İradə Sarıyeva – filoloq, jurnalist

Şahnaz Salehqızı – jurnalist, baş redaktor

Vasif Sadıqlı – filoloq-jurnalist, təsisçi və baş redaktor

Pərvin Abışova – jurnalist, ictimai şəxs

Ləman Ələşrəfqızı – veriliş redaktoru, köşə yazarı, Azərbaycan Respublikasının əməkdar jurnalisti

Həbibə Abdulla – jurnalist, baş redaktor

Məhəmməd Ərsoy – jurnalist, baş redaktor

Elçin İbrahimov – filologiya elmləri doktoru, professor, Qarabağ Universiteti

Elvar Mirzəoğlu – hüquq elmləri üzrə fəlsəfə doktoru

Elçin Əfəndi – təhsil üzrə mütəxəssis, ictimai şəxs

Xavər Həsənova – fizika üzrə fəlsəfə doktoru, BDU

Cəbrail Həşimov – müəllim

Aygün Əzizova – baş redaktor, “Qanun” nəşriyyatı

İlham Əhmədov – təhsil eksperti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, ADPU

Ayaz Arabaçı – şair-filoloq, AYB

Nəriman Seyidəliyev – filologiya elmləri doktoru, AMEA

Fidan Salayeva – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA

Günel Aslanlı – tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA

Mobil Aslanlı – pedaqogika elmləri doktoru, BDU

Rasim Qurbanov – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA

Qətibə Mahmudova – filologiya elmləri doktoru, AMEA

Nərgiz Hacıyeva – filologiya elmləri doktoru, AMEA

Elnurə Hüseynova – filologiya üzrə fəlsəfə doktoru, AMEA

Türkan Əsgərova – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA

Elşad Allahverdiyev – filologiya üzrə fəlsəfə doktoru, dosent, MDU

Günay Rəfibəyli – filologiya üzrə fəlsəfə doktoru, dosent, BDU

Aytən Hümbətova – filologiya üzrə fəlsəfə doktoru, BDU

Nigar Seyidova – filologiya üzrə fəlsəfə doktoru, BDU

Ramil Bayramov – filologiya üzrə fəlsəfə doktoru, BDU

Könül Məlikova – müəllim, ADİU

Təhminə İsmayılova – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA

İntizar Salehova – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA

Təranə Şükürlü – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA

Bənövşə Məmmədova – filologiya elmləri doktoru, dosent, ADU

Xədicə Əyyubova – filoloq, baş müəllim, ADU

Elmira Kənan – filoloq, baş müəllim, BQU

Aqil Cəfərov – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA

Vəfa Seyidova – filologiya üzrə fəlsəfə doktoru, dosent, ADU

Seyfəddin Eyvazov – filologiya üzrə fəlsəfə doktoru, dosent, NDU

Zəki Bayram – filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, AMEA

Zaur Əliyev – siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA

Mehparə Rəhimqızı – müəllim, orta məktəb

Şəlalə Xəlilova – filoloq, müəllim

Lalə Əliyeva – tarix üzrə fəlsəfə doktoru, dosent, BDU

İrada Zarqanayeva – fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, AMEA

Xatirə Məlikova – operator, AMEA

Zemfira Əliyeva – filologiya elmləri doktoru, dosent, AMEA

Aytən Allahverdiyeva – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA

Pərvin Bayramova – filologiya üzrə fəlsəfə doktoru, AMEA

Leyla Yusifova – filologiya üzrə fəlsəfə doktoru, AMEA

Elnurə Abbasova – filologiya üzrə fəlsəfə doktoru, AMEA

Günel Bayramova – filologiya elmləri doktoru, dosent, AMEA


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Fevral 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see502

Gələcəkdə bir damla su uğrunda bir damla qan axıdılacaq NASA a alimindən Şərq ə MÜSAHİBƏ

01 İyul 2026 19:59see325

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see308

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see264

MOİK ə 280 manat cəza

02 İyul 2026 01:55see262

Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? Düzgün qidalanma

01 İyul 2026 22:45see252

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see222

Kanada “Avroviziya”ya qoşulub

01 İyul 2026 18:58see222

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see218

Minatəmizləmə, səhiyyə və kəndlər üçün ayrıca 20 milyon avro...

02 İyul 2026 04:16see200

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

01 İyul 2026 22:43see182

Stomatoloq dövrü sona çatır: Dişlərimizi robotlar düzəldəcək

01 İyul 2026 22:36see175

Rusiya tam təhlükəsizdir təsəvvürünə artıq heç kim inanmaq istəmir

02 İyul 2026 08:31see174

Xəstəxanalar iynəyarpaqlı ağaclarla niyə əhatələnir?

01 İyul 2026 19:03see171

Çinin bu kanalı nəzarətə götürməsinə imkan vermərik Tramp

02 İyul 2026 01:21see167

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see165

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see164

Tramp: Kuba ABŞ a doğru irəliləyir

02 İyul 2026 02:25see164

Trampdan bu ölkələrə PİS XƏBƏR

02 İyul 2026 04:05see163

Azərbaycanın TOP 10 özəl şirkətinin qeyri neft ixracı 2 dəfədən çox artıb SİYAHI

01 İyul 2026 23:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri