Icma.az
close
up
RU
Tanınmışlar əfv ediləcək?

Tanınmışlar əfv ediləcək?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Meyxanaçı Rəşad Dağlı və başqalarının əfv məsələsi gündəmdədir. 

Bu barədə mediaya açıqlamasında hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib. Onun sözlərinə görə, böyük bir əfv fərmanının verilməsi təşəbbüsü ilə çıxış ediblər: 

“İstəyirik ki, bir dəfə böyük bir əfv fərmanı verilsin, Rəşad Dağlı, Anar Məmmədov, Natiq bəy və başqaları azadlığa çıxsınlar. Onların adları siyahımızdadır. 

İstəyirik ki, hamısı bir yerdə azad edilsin. Təklif etmişik, görək necə olur”. Amma o, böyük əfvin baş tutub-tutmayacağı və ya nə zaman reallaşacağı barədə məlumat verməyib. 

Onun sözlərinə görə, təklif verilib, böyük əfv arzulayıblar: 

“Bizə nə Avropa Şurası, nə də Avropa İttifaqı təzyiq göstərə bilər. Özümüz bu addımı atmalıyıq. Öz dövlətimiz yükü çiyinlərinə götürüb bunu etməlidir. Biz təklif etmişik, müsbət qarşılanıb. Ümidvaram ki, baş tutacaq”. 

Məşhurların da adının daxil olduğu hansısa siyahı Əfv Məsələləri Komissiyasında müzakirə olunubmu və yaxın müddətdə yeni əfv gözlənilirmi? 

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev “Cebheinfo.az”-a bildirib ki, hüquq müdafiəçiləri hər zaman müxtəlif siyahılarla çıxış edə və əfvlə bağlı müraciət ünvanlaya bilərlər: 

“Ancaq komissiyanın əsasnaməsində bununla bağlı müraciət edən subyektlərdən biri kimi yerli və beynəlxalq qeyri-hökumət təşkilatları göstərilir. Yəni onların belə bir müraciət hüquqları var. 

Hansısa siyahılar da təqdim edə bilərlər. Novella Cəfəroğlu da uzun müddət hüquq müdafiə prosesi ilə məşğul olan vətəndaş cəmiyyətinin nümayəndələrindəndir. İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində çoxsaylı təşəbbüsləri olub. Hazırda da belə bir təşəbbüslə çıxış edə bilər. 

O ki qaldı mənim bu prosesdə iştirakıma, mən orada iştirak edə bilmərəm. Çünki mən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvüyəm. Əgər hər hansı bir siyahının hazırlanması prosesində iştirak edərəmsə, o zaman maraqlar toqquşması olar. Komissiya kollegial orqandır. 

Orada Azərbaycanın müxtəlif strukturları təmsil edən tanınmış insanları iştirak edirlər. Həm dövlət qurumları, həm parlament, həm vətəndaş cəmiyyəti və medianın nümayəndələri təmsil olunurlar. Cənab Prezident Komissiya ilə bağlı unikal bir model təqdim edib. Hər bir müraciətə baxılır, ətraflı öyrənilir, müzakirələr aparılır. 

Müzakirələrin nəticələri ilə bağı rəylər hazırlanıb cənab Preidentə təqdim edilir və ölkə başçısı da qərar qəbul edir. Çünki əfv qərarı Prezidentin müstəsna konstitutsion səlahiyyətidir və o, heç kəsə ötürülə bilməz. Komissiya isə yalnız bu hüququn həyata keçirilməsinin təşkilatı və texniki tərəflərini həll edir”. 

O ki qaldı konkret şəxslərin əfvinə, Komissiya üzvünün sözlərinə görə, onun hər hansı fikir söyləməsi doğru olmazdı: 

“Müraciət olunarsa, təbii ki, bu müraciətlər həm komissiyasının katibliyi, həm də Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektoru tərəfindən emal olunacaq. Lazım olan müvafiq sənədlər qanunvericiliyə uyğun olaraq toplanacaq və komissiyasının sədrinə təqdim olunacaq. 

Sədr tərəfindən komissiya üzvlərinə göndəriləcək. Yalnız bundan sonra iclasda kollegial qərarlar qəbul olunacaq və cənab Prezidentə təqdim ediləcək. Hazırda komissiyanın iclasları keçirilmir. 

Buna baxmayaraq, komissiyanın katibliyi fasiləsiz işləyir və  sənədlər hazırlanır. Ancaq nə vaxt əfv olacağını cənab Prezident müəyyən edir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: əfv Novella Cəfəroğlu Əliməmməd Nuriyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 İyul 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri