Icma.az
close
up
RU
Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ: “Psixoloqa müraciət etsinlər”

Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ: “Psixoloqa müraciət etsinlər”

Icma.az, Publika.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə səhiyyə naziri Teymur Musayev azərbaycandakı qadınlara irad tutub. İradın səbəbi isə saysız-hesabsız plastik əməliyyatlara olunan müraciətlərdir. Nazir bildirib ki, tələbi elə formalaşdırmalıyıq ki, insan öz xarici görünüşünü problem edib zərərli əməliyyatlara üz tutmasın.

Plastik, estetik görünüşündə ən çox dəyişiklik edənlər deyəndə ağlımıza ilk olaraq müğənnilər, sənət adamları gəlir. Kişilərə nisbətən, qadın müğənnilər bıçaq altına yatmağa, xarici görünüşlərində dəyişikliklər etməyə daha çox həvəskardırlar.

Publika.az xəbər verir ki, səhiyyə nazirinin fikirlərinə münasibət bildirən tanınmış müğənni Xuraman Şuşalı “Yeni Sabah”a danışıb və nazirin dediklərinə haqq qazandırıb:

“İlk olaraq, özümdən onu demək istəyirəm ki, mən heç bir plastik əməliyyat etməmişəm. İnsan əgər özünü özü kimi sevə bilmirsə və əməliyyat etdirirsə, məsləhət görərdim ki, özgüvənlərini yüksəltmək üçün psixoloqa müraciət etsinlər. Bir müddət psixoloqla məsləhətləşəndən sonra yenə də özlərindən narazıdırlarsa, narahatdırlarsa, əməliyyat etdirsələr buna normal baxaram. İnsan xoşbəxt olmalıdır. Amma yenə də ən gözəli düzgün seçimdir. Düzdür, peşəkar həkimin də əlindən səliqəsiz iş çıxa bilər. Araşdırsınlar, həkimə gedəndə onun diplomu ilə maraqlansınlar. Pulu ödəyən onlardır. Düşünürəm ki, canlarını da riskə atmamalıdırlar. Düzgün ünvana müraciət etməlidirlər. Ancaq yenə də özlərini necə var elə sevsələr, daha yaxşı olar. Kompleksləri varsa, bundan qurtula bilmirlərsə də, mən bu məsələyə normal baxıram. Yəni biz heç kəsi qınaya bilmərik. Sadəcə düzgün seçim etmək və yanılmamaq da bizim əlimizdədir. Həkim adı ilə əməliyyatlar keçirən şəxslər var. İnşallah sistem güclənər və belə səhvlərə yol verilməz və peşəkar olmayan, həkim peşəsinə yad olanları da işə qəbul etməzlər. Bu barədə yüksək səviyyədə tədbirlər görmək lazımdır”.

Məşhur ifaçı Afət Fərmanqızı isə bu günə kimi heç bir estetik əməliyyat etdirmədiyini açıqlayıb:

“Mənim bu olanlardan heç xəbərim yoxdur. Çünki ömrümdə heç bir plastik əməliyyata getməmişəm. Bəlkə də tək-tük təbii müğənni varsa, onlardan biri də mənəm. Özüm müraciət etmiş olsam, fikir bildirərdim. Həm də mən Azərbaycanda yaşamıram. Azərbaycan gündəmindən xəbərim yoxdur. İzləmirəm. Səhiyyə ilə bağlı heç bir məlumatım yoxdur və mənə maraqlı deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://publika.az
archiveBu xəbər 18 Dekabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri