“Tanınmışların səslərindən istifadə edilir” Ehtiyatlı olun!
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sosial şəbəkələrdə mətni nitqə çevirən süni intellektin səsli autentifikasiyasından istifadə olunmaqla çağırışlar yayılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.
DİN rəsmisinin sözlərinə görə, sözügedən vasitə ilə süni intellekt mətni oxuyur və seçilən səsi təkrarlayır. Xüsusilə tanınmış şəxslərin səslərindən istifadə edilir:
“Real dələduzluqdur, təhlükə yaradır. Qarşısını almağın tək yolu insanların süni intellektlə mətni oxuyan və seçilən səsi təkrarlayan hallara görə diqqətli və məlumatlı olmasıdır. Hər kəs ehtiyatlı olmalıdır”.
Baxış sayı:126
Bu xəbər 08 Fevral 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















