Tanışına ölümcül xəsarət yetirən şəxsə AĞIR CƏZA
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Xaçmazda tanışını öldürməyə cəhd edən Faiq Cəbrayılovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Faiq Cəbrayılov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il martın 2-də Xaçmaz rayonunun Qaraqurdlu kəndi ərazisində yerləşən kafedə baş verib.
İttihama görə, Faiq Cəbrayılov aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Kamran Niftəliyevi qəsdən öldürməyə cəhd edib.
Faiq Cəbrayılovun bu əməli törətməsinə səbəb K.Niftəliyevin sərxoş vəziyyətdə ona təhqir etməsi olub. Hər iki şəxs kafedən uzaqlaşdıqdan sonra zərərçəkmiş şəxs həmin mübahisəyə görə F.Cəbrayılova kiçik xəsarət yetirib.
Bu zaman təqsirləndirilən şəxs cibində gəzdirdiyi kəsici-deşici alətlə qəsdən ümumilikdə 17 dəfə ardıcıl zərbə vuraraq K.Niftəliyevi öldürməyə cəhd edib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 14 Yanvar 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















