Tanışını bıçaqlayan şəxsə HÖKM OXUNDU
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Uğur Malikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Sfera.az xəbər verir ki, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Uğur Malikov 7 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 24 aprel 2024-cü il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, Uğur Malikov zərərçəkmiş Cəfər Cəfərzadəyə (adı, soyadı şərtidir) heç bir səbəb olmadan mətbəx bıçağı ilə vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra Uğur Malikov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. (Pravda.az)
Baxış sayı:48
Bu xəbər 22 İyul 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















