Icma.az
close
up
RU
Tanışını öldürən şəxsə 11 il 6 ay həbs cəzası verildi

Tanışını öldürən şəxsə 11 il 6 ay həbs cəzası verildi

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ağstafa rayonunda 1989-cu il təvəllüdlü Baloğlan Bukavadze tanışı Orxan Əlizadəni qətlə yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Baloğlan 2023-cü ildə saat 18:00-da idarə etdiyi “Vaz 2105” markalı avtomobillə yaşadığı Ağstafa rayonu Saloğlu qəsəbəsində kəndarası yolda hərəkətdə olarkən Ağstafa rayonu, Düzqışlaq kənd sakininin idarə etdiyi içərisində digər şəxslərin də olduğu “Vaz 21011” markalı avtomobilə yol verməməsi ilə bağlı aralarında sözlə mübahisə yaranın. Avtomobilində olan sərnişinlərdən birini  müdaxiləsindən sonra mübahisəyə son qoyulub. 
Bu zaman digər şəxslər avtomobildə sərnişini evlərinə düşürtmək üçün gedib. Baloğlan isə kəndarası yolda, Orxan Əlizadə və digərləri ilə arasında olan məsələni aydınlaşdırmağa kömək etmək üçün əvvəlcədən yanına çağırdığı qohumlarını yaranmış nasazlığı təmir etməyə çalışıb. Həmin vaxt həmkəndlisi də yanına gəlib. 
Tərəflər arasında yenidən yaranmış sözlə mübahisə zamanı onlarla birlikdə olan şəxslərdən birinin Orxan Əlizadənin ortaq tanışları olması məlum olduqdan sonra yenidən mübahisəyə son qoyulub. Orxan ilə söhbət edərək maşınların hərəkətdə olduğu istiqamətdə piyada gedərək küçəni sola dönüb və Saloğlu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasına doğru gediblər. 
Bu vaxt Baloğlan isə arxaları ilə həmin yerə gəldikdən sonra Orxan Əlizadənin “baxma bura sənin kəndindi mən də bu rayondanam mənim burda qabağımı kəsən oğlanın var yoxunu....” deyib, əlini yüngülcə onun sifətinə toxundurmasını özünə qarşı təhqir hesab edib. 
Aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qisas almaq üçün öldürmək məqsədi ilə istintaqa məlum olmayan məhdud səthə malik küt əşya ilə Orxan Əlizadənin yuxarı və aşağı ətraflarına, həyat üçün mühüm olan baş nahiyyəsinə  ilkin kontakt yeri alın nahiyyəsi olmaqla zərbələr vurub. Koma vəziyyətində xəstəxanada müalicə alan Orxanı sonrakı günlərdə  ölümünə səbəb olub.
Hadisəni törədən Baloğlanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Baloğlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, nə zərərçəkmiş şəxsi, nə də yanında gəlmiş şəxsləri tanıyıb, onlarla əvvəl ədavət, yaxud düşmənçiliyi olmayıb: “Hadisə günü Rozadan borca pul almaq üçün onunla danışdım və sonuncu ilə görüşərək onu qəsəbədən kəndə gətirdim. Onu düşürəndən sonra qaz paylayıcının yanına getdim. Rozanı qardaşı Əlixanın yaşadığı evə öz avtomobilim ilə apardım. Avtomobildə Roza mənə 1000 manat sayaraq verdi. Mən yolun bir kənarında təpədə dayanmışdım, yanımdan keçərək getməyə yer olub. Aşağıdan üzü təpəyə doğru qırmızı rəngli “Vaz 21011 markalı, dövlət nömrə qeydiyyat nişanını xatırlamadığım avtomobilin qalxdığını, həmin avtomobilin keçə biləcəyini ehtimal etdiyim üçün avtomobilin içərisində oturdum. Lakin sürücü pəncərədən başını çıxararaq əlini mənə tərəf uzatdı, nəsə dedi. Avtomobilin sürücü, ön və arxa tərəfdən qapıları açıldı, həmin şəxslər düşərək üstünə gəldi və aramızda mübahisə yarandı. Sözlə mübahisədən sonra həmin “Vaz 21011” markalı avtomobil sürərək getdi. Özüm Rozadan götürəcəyim pulun azlıq edəcəyini hesab etdim, yenidən Rozanın düşürtdüyüm yerə qayıtdım”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt əvvəlcədən bir yerdə Ağstafaya getməyi razılaşdıqları qohumları Valeh və Səlimə zəng edib, onlara yolun qırağına gəlmələrini deyib: “Valeh və Səlim ilə bir yerdə olarkən həmin qırmızı rəngli “Vaz 21011” markalı avtomobillə  rastlaşdıq, avtomobilin içərisindəki 5 nəfər düşdü. Həmin şəxslərin içində yalnız həmkəndlim Rəşadı tanıdım. Digərlərinin kim olduğunu bilmədim. Aramızda mübahisə yarandı və yenidən çıxaraq getdik. Həmin vaxt tanışım Röyal da dükanın yanına gəldi. Məndən həmin şəxslərin niyə belə etdiyini soruşdu. Röyala həmin adamları tanımadığımı, bir az əvvəl yol vermək üstündə mübahisələrimiz olduğunu, sonradan da yenidən qayıdaraq mübahisə etdiklərini dedim. Bir az sonra həmin şəxslər Rəşadı evinə düşürərək geri qayıtdı. Yanımdan keçərək maşını qabaqda saxladılar. Dördü də maşından düşərək olduğum yerə tərəf gələndə Valeh və Səlimlə dayandığımız yerdən onlara tərəf getdik. Röyal həmin şəxslərə “nə olub niyə mübahisə edirsiz” dedi. Sonradan isə söhbət zamanı adı Orxan olan və içkili olduğu aşkar görünən şəxs həmkəndlim Röyalla tanış çıxdı. Röyal həmin şəxslərə “mübahisə etmək lazım deyil, çıxın gedin” deyəndən sonra Röyal Orxan ilə söhbət edə-edə hadisənin olan yerə tərəf getdi. Orxan gedəndə əl edərək məni yanlarına çağırdı. Orxanla Röyalın yanına getdim. Döngəni dönərək bir az irəli gedərək dayandıq. Səlimgilin və Orxanın gəldiyi şəxslərin olduğu yer görünmədi. Orada ancaq özüm, Röyal və Orxan olub. Röyalla Orxan söhbət etdi. Orxan mənə “baxma bura sənin kəndindir, mən də bu rayondanam, mənim qabağımı kəsən oğlanın var-yoxunu belə-belə edərəm....” deyərək nalayiq ifadə işlətdi və mənə qarşı yumruq atdı. Qarşılıqlı durarkən aramızda təxminən yarım metr məsafə olub. Ürəyimdən əməliyyat olduğum üçün Orxanın vuracağı zərbədən özümü qoruyaraq kənara çəkildim. Hər iki əlim ilə Orxanın sinəsindən möhkəm itələdim. Orxan arxası üstə gedərək təxminən 70-80 sm məsafədə arxada olan daş hasara, sonra da yerə yıxılaraq sol üzü üstə dəmir turbaya çırpıldı. Bundan sonra qorxaraq oradan qaçdım, evimə getdim. Arvadım və bacıma hadisəni danışdım. Onlara gedərək oğlana baxmalarını dedim. Sonradan isə xəstəxanada olan tanışından Orxanın vəziyyəti ilə maraqlandım”.
Baloğlanın ifadəsinə görə, hadisə içkili vəziyyətdə olan  mərhum Orxanın onu təhqir edərək nalayiq ifadə işlətməsi və ona yumruq atmasına cavab olaraq sonuncunu hər iki əli ilə divara itələyib çırpması nəticəsində olub: “Mənim Orxana xəsarət yetirmək, yaxud öldürmək məqsədim olmayıb. Hadisə ehtiyatsızlıqdan olub. Sonradan da qorxduğum üçün hadisə yerindən qaçaraq getmişəm. Azyaşlı uşaqlarım var və xəstəlikdən əziyyət çəkirəm. Özümü Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilirəm. Mənə aşağı cəza verilməsini istəyirəm”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Baloğlan 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Fevral 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1199

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see167

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see132

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see115

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see113

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see113

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see112

İranla Rusiya arasında əlaqələr PİSLƏŞİB

15 İyul 2025 18:40see112

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see112

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see111

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see111

Tramp: Zelenski Moskvaya atəş açmamalıdır KONKRET

15 İyul 2025 21:54see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see111

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

15 İyul 2025 15:12see111

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

“Sənsizliyimizdən 40 gün keçir...”

15 İyul 2025 15:50see110

Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər

15 İyul 2025 16:51see109

Sosial şəbəkələrdə dərman tövsiyə edənləri bu cəza gözləyir VİDEO

15 İyul 2025 23:11see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri