Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Xanımı Nərgiz aparıcı Cavid Güllə tanışlıqları haqda sualı cavablandırıb.
Axşam.az xəbər verir ki, izləyicilərinin sualını cavablandıran Nərgiz restoranda tanış olduqlarını bildirib:
"Cavidlə tanışlığımız haqqında çox soruşursunuz, ona görə qərara gəldim ki, daha ətraflı yazım. 2019-cu il idi, qızlar bir məkanda toplanmışdılar, məni də çağırdılar. Durub getdim. İçəri daxil olanda gördüm ki, Cavid başqa masada dostları ilə əyləşib. Mənim oturduğum masanın qarşısında isə güzgü var idi. O da arxamda oturmuşdu. Beləcə, güzgüdən göz- gözə gəldik və bir neçə saniyəlik baxışma oldu. Axşam evə gələndə ona instaqramda yazdım və Cavid güzgüdən göz-gözə gəldiyi o qızın mən olduğumu anladı. Bir həftə yazışdıq, sonra ilk görüşümüz oldu və... Düz 10 gün sonra evlilik təklifi. Cəmi 3 ay sonra isə nişanlandıq".
Qeyd edək ki, cütlüyün bir qız övladı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 25 Aprel 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















