Tanker Bolqarıstan sahillərində batmaq təhlükəsi ilə üzləşdi
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qambiya bayrağı altında üzən "Kairos" tankeri Bolqarıstanın cənubundakı Qara dəniz bölgəsindəki Ahtopol şəhəri yaxınlığında Ukraynanın "Sea Baby" pilotsuz dəniz gəmisinin ehtimal edilən hücumundan sonra batmaq təhlükəsi ilə üzləşib.
Avtosfer.az-ın "maritime.bg"yə istinadən verdiyi məlumata görə, gəminin göyərtəsində 10 nəfər var və onların həyatı üçün təhlükə yoxdur.
Vəziyyət Bolqarıstan Dəniz Administrasiyası, Hərbi Dəniz Qüvvələri və sərhəd mühafizəsinin nəzarəti altındadır. Qeyd olunub ki, noyabrın 28-də Türkiyə sularında pilotsuz təyyarə ilə baş verən insidentdən sonra "Kairos" hərəkət qabiliyyətini itirib. Dekabrın 3-də Türkiyə gəmisi onu yedəkləməyə başlayıb, lakin dekabrın 5-də naməlum səbəblərdən yedəkləməni dayandırıb və tankeri Bolqarıstanın ərazi sularında tərk edib.
"Kairos" Bolqarıstan sahillərində təxminən bir mil məsafədə lövbər salıb. Hazırda ərazidə güclü küləklər müşahidə olunur.
Dəniz Administrasiyasının məlumatına görə, ekipaj evakuasiya tələb edib, bir sərhəd gözətçi qayığı və iki yedək gəmisi kömək etməyə hazırdır. Lakin əlverişsiz hava şəraiti ilə əlaqədar xilasetmə əməliyyatı dekabrın 6-sı səhər saatlarınadək təxirə salınıb. Gəmi gecə boyu müşahidə olunacaq.
Ekipaj üzvlərinin milliyyəti barədə məlumat yoxdur./report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 06 Dekabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















