Tankerlərin qiymətləri rekord qırdı
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Neft tankerlərinin qiymətləri 2008-ci ildən bəri rekord maksimuma çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu, "Braemar" gəmi brokerinin məlumatlarında əksini tapıb.
Məlumata görə, ən böyük tanker sinfində yeni və müasir işlənmiş gəmilərin qiyməti son rübdə 130 milyon dolları keçib, il ərzində supertankerlərin fraxt (icarə) qiymətləri isə tarixi maksimuma çatıb.
Neft ixracatçıları olan ölkələr yüklərin daşınması (çıxarılması) üçün öz donanmalarını təmin etməyə çalışaraq qiymət artımını qismən stimullaşdırırlar, xüsusən də əlçatan işlənmiş gəmilər üçün.
"Aktivlər üzərində fiziki nəzarət də Yaxın Şərqdəki bəzi ixracatçılar üçün vacibdir", - deyə "Braemar" şirkətinin alqı-satqı bölməsinin rəhbəri Devid Holland bildirib.
Həmçinin qeyd olunur ki, ABŞ hərbçiləri tankerlərin Hörmüz boğazı vasitəsilə Ərəbistan dənizindən Fars körfəzinə daxil olmasına, region ölkələrində neft yükləməsinə və sonra oradan çıxmasına kömək edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 20 Avqust 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















