“Tanqo üçün iki nəfər lazımdır” Vens
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“ABŞ və İran saziş bağlamaq yolu ilə ikitərəfli münasibətləri yenidən başlada bilərlər”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evdə keçirilən brifinqdə bəyan edib.
Vitse-prezident rəsmi Vaşinqtonun Tehranla dialoqa hazır olduğunu diqqətə çatdırıb:
“Hesab edirəm ki, bizim İran və Birləşmiş Ştatlar arasında 47 il ərzində mövcud olan münasibətləri yenidən başlamaq imkanımız var. Prezident Donald Tramp bizdən məhz bunu xahiş edib və biz bunun üzərində işləməyə davam edəcəyik. Lakin tanqo üçün iki nəfər lazımdır. Biz iranlılara nüvə silahı əldə etməyə imkan verəcək bir saziş bağlamaq niyyətində deyilik”.
Vens həmçinin əlavə edib ki, ABŞ mümkün sazişin pozulacağı təqdirdə tam döyüş hazırlığı vəziyyətindədir və zərurət yaranarsa, İrana qarşı əməliyyatları bərpa etməkdən çəkinməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 20 May 2026 01:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















