Icma.az
close
up
RU
Tanrı olmaq istədi, dini məclisdə görüntüləndi, ölümdən döndü Morqan Friman kimdir? VİDEO

Tanrı olmaq istədi, dini məclisdə görüntüləndi, ölümdən döndü Morqan Friman kimdir? VİDEO

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Amerika kinosunun uğurları barədə indiyədək yüzlərlə yazı yazılıb, sənədli filmlər çəkilib. Texniki nailiyyətlər, aktyor ustalığı, texnologiyanın hələ buralara çatmadığı illərdə belə atılmış böyük addımlar… Bütün bunlarla bağlı ilk ağla gələn anlayış isə Hollivud dünyasıdır. Bu dünyanın içində yaddaşımıza həkk olunmuş yüzlərlə uğurlu aktyor və aktrisa var. Onlardan biri də özünəməxsus səsi ilə tanınan, yaddaşlara həkk olunmuş aktyor Morqan Frimandır.

Ölkə.az bu dəfə Morqan Frimanın həyatı haqqında maraqlı faktları təqdim edir.

O, 1 iyun 1937-ci ildə ABŞ-nin Tennessi ştatının Memfis şəhərində anadan olub. Atası Morqan Porterfild Friman bərbər, anası Meym Edna isə müəllim idi. Aktyorun DNT analizinə görə, onun əcdadlarının bir hissəsi Niger xalqına mənsub olub. Uşaq ikən o, Missisipidə, Çarlstonda yaşayan nənəsinin yanına göndərilib. İlk aktyorluq təcrübəsini 9 yaşında məktəbdə bir tamaşada səhnəyə çıxaraq yaşayıb. 12 yaşında isə ştat üzrə keçirilən dram yarışmasında qalib gəlib.

Onun arzusu pilot olmaq olur. Buna görə teatr təhsili üçün verilən təqaüddən imtina edərək ABŞ Hava Qüvvələrinə qatılır. Ancaq bu sənətin xəyalındakı kimi olmadığını görəndən sonra ordudan ayrılır. Sonra aktyor olmaq üçün Hollivuda köçən Morqan Friman maddi çətinliklər səbəbindən buranı tərk edib Nyu-Yorka gedir və burada “The Pawnbroker” filmində oynayaraq kino karyerasına başlayır. 

Məşhur aktyor “The Human Factor” filmində Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelanı canlandırır və bununla fəxr etdiyini bildirir. Film qaradərililər və ağdərililər arasındakı münaqişədən bəhs edir. Eyni zamanda, onun “Bruce Almighty” filmində Tanrı rolunda çıxış etməsi mübahisələrə səbəb olub və film bəzi ölkələrdə qadağan edilib.

İndiyə kimi bir çox filmdə rol alan aktyor 4 dəfə “Oskar” mükafatına namizəd göstərilib. Lakin yalnız bir dəfə, 2005-ci ildə Klint İstvudun "Million Dollar Baby" filmindəki roluna görə “Ən Yaxşı Köməkçi Aktyor” kateqoriyasında Oskar mükafatı qazanıb. 

Müsahibələrindən birində heç vaxt qulağından çıxarmadığı sırğalarından danışarkən bildirib ki, tanımadığı yerdə ölsə, bu sırğalar ona tabut alacaq qədər qiymətlidir. Ona görə də dənizçilər sırğa taxırdılar və o, bu ənənəni davam etdirir.

Morqan Friman 12 il Cənet Edair Bradşou ilə evli olub. Bu boşanmadan beş il sonra Mirna Kolli-Li ilə evlənib. Cütlük Frimanın ilk həyat yoldaşından olan qızı Haynsı övladlığa götürüb. Təəssüf ki, 16 avqust 2015-ci ildə 33 yaşlı Hayns Nyu Yorkda öldürülür. Onların həmçinin Alfonso, Dina, Morgana və Sayfulaye adlı dörd uşaqları olub. Bu evlilik də 2007-ci ildə boşanma ilə başa çatıb. 

Aktyor 3 avqust 2008-ci ildə böyük bir avtomobil qəzası keçirir. Qəza Missisipi ştatının Ruleville yaxınlığında baş verir və avtomobil bir neçə dəfə aşır. Qəza zamanı yanında onun dostu Demaris Meyer olur. Aktyorun çiyni, qolu və dirsəyi sınır. Dörd saatlıq əməliyyatdan sonra sinir hüceyrələrinə dəymiş zərər aradan qaldırılır və uzun bir müddət müalicə alır. Qəza zamanı yanında olan dostu Meyer isə aktyorun qəza anında spirtli içki qəbul etdiyini bildirərək onu məhkəməyə verir.

Morqan Friman 2016-cı ilin oktyabr ayında Londonda keçirilən İmam Hüseyn (ə) əza mərasimində iştirak edib. O, Əl-Xoeyi Fondu məscidində keçirilən bu mərasimdə iştirak edərək, orada oturub, iştirakçılarla birlikdə dua edib. Bu, onun "National Geographic" kanalında yayımlanan “Morqan Friman ilə Allahın dastanı” adlı sənədli serialının bir hissəsi idi. Serialda o, müxtəlif dinlər və inanclar haqqında məlumat toplamaq məqsədilə dünyanın müxtəlif yerlərinə səyahət edib.

Friman hazırda həyatını Mississippi və Nyu Yorkda davam etdirir. O, həmçinin rəhbərlik etdiyi və ortağı olduğu "Madidi" adlı bir restorana sahibdir.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Avqust 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see192

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see174

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see164

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see160

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see144

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see138

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see137

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see136

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri