Icma.az
close
up
RU
Tanrını görmək üçün 5 ildir ayaqüstə dayanır

Tanrını görmək üçün 5 ildir ayaqüstə dayanır

Lent az saytına istinadən Icma.az xəbər verir.

Hindistanda yaşayan bir rahib beş ildir ki, nə oturur, nə də uzanıb yatır. O, bu qeyri-adi həyat tərzini dini andının bir hissəsi kimi davam etdirir və məqsədinin ruhunu təmizləyərək Şiva tanrısına yaxınlaşmaq, eləcə də onu görmək olduğunu bildirir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Daulat Giri Ci Maharac Hindistanda fəaliyyət göstərən Xarəşvari dini təriqətinin üzvüdür. Bu dini cərəyanın davamçıları mənəvi kamilliyə çatmaq və tövbə etmək məqsədilə daim ayaq üstə qalmağa and içirlər. Rahib də beş il əvvəl bu andı qəbul edib və o vaxtdan bəri oturmaqdan tamamilə imtina edib.

Daulat Giri Ci Maharac uzanaraq yatmır. İstirahət etmək üçün xüsusi kəmərlərdən və asılı vəziyyətdə saxlayan qurğulardan istifadə edir. Yuxu zamanı isə bədəni xüsusi yelləncəyə bənzər dayaqlara söykənir və ayaq üstə vəziyyətdə mürgüləyir.

Lakin bu qeyri-adi həyat tərzi onun sağlamlığına ciddi təsir göstərib. Uzun müddət ayaq üstə qalması nəticəsində rahibin ayaqları güclü şəkildə şişib, qan dövranının pozulması səbəbindən dərisinin rəngi də qaralıb.

Həkimlər bildirirlər ki, illərlə fasiləsiz ayaq üstə qalmaq insan sağlamlığı üçün olduqca təhlükəlidir. Bu vəziyyət xroniki ödem, qan damarlarının zədələnməsi, varikoz genişlənməsi və dərin venaların trombozu kimi ağır fəsadlara səbəb ola bilər.

Bütün bu risklərə baxmayaraq, rahib andından dönmək fikrində deyil. Yaşadığı məbəddə könüllülər ona gündəlik qulluq edir, hərəkət etməsinə kömək göstərir və ayaqlarına müalicəvi məlhəmlər çəkirlər.

Daulat Giri Ci Maharac isə bütün çətinliklərə rəğmən dini vəzifəsini davam etdirməkdə qərarlı olduğunu bildirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 İyun 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri