Tanzaniya təmsilçisi: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə dünya ölkələrinə nümunədir
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə dünya ölkələrinə bir nümunədir.
Bunu APA-ya açıqlamasında Tanzaniya təmsilçisi, Afrika Uşaq Fondunun bu ölkədəki missiyasının rəhbəri Yizukanji Yoradi Sikombe deyib.
O bugünkü tədbirin əhəmiyyətindən də danışaraq, onun qeyri-hökumət təşkilatları arasında daha səmərəli əməkdaşlığı təşviq edəcəyini vurğulayıb:
"Bu gün iqlim dəyişikliyi həlli son dərəcə vacib olan qlobal problemdir. Təsəvvür edin ki, bir ölkədə iqlim dəyişikliyi problemi var və ölkənin bununla mübarizə aparmaq üçün heç bir resursu yoxdur. Həmin ölkələrdəki vətəndaş cəmiyyətləri bu problemlə mübarizədə mühüm rol oynaya bilər. Hesab edirəm ki, Azərbaycanda keçirilən bu forum QHT-lər arasında daha səmərəli əməkdaşlığı təşviq edəcək. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə dünya ölkələrinə bir nümunədir. Bu məqsədlə Azərbaycanda yaşıllaşdırılmanı xüsusi qeyd etmək istəyirəm. Son dövrlərdə ölkənizdə xeyli ağac əkildiyini bilirik. Hesab edirəm ki, ölkənizin qlobal iqlim dəyişikliyi ilə mübarizəyə verə biləcəyi başqa töhfələr də mövcuddur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 28 Aprel 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















