Tanzaniyada baş verən etirazlar zamanı təxminən 700 nəfər həlak olub
Azertag saytına istinadən Icma.az xəbər verir.
Stokholm, 31 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Ən böyük müxalifət partiyası olan “Chadema”nın məlumatına görə, Tanzaniyada prezident və parlament seçkilərinin nəticələrindən narazı qalan kütlənin keçirdiyi nümayişlərin üç günü ərzində təxminən 700 nəfər həlak olub.
AZƏRTAC-ın xəbərinə görə, həlak olanlar daha çox Dar-əs-Salam və Muanza şəhərlərində qeydə alınıb.
Partiyanın nümayəndəsi Con Kitoka bildirib ki, məlumatlar xəstəxana və morqlara baş çəkən partiya üzvlərindən toplanıb.
“Amnesty International” təşkilatı da azı 100 nəfərin öldüyünü təsdiqləyib və zorakılığı pisləyib. Kitokanın sözlərinə görə, müxalifət hökumətdən etirazçıların qətlə yetirilməsinə son qoymağı tələb edir.
Etirazlar müxalifət partiyalarından olan bir neçə namizədin həbs olunması və ya seçkilərdə iştirakdan kənarlaşdırılmasından sonra genişlənib ki, bu da böyük ictimai narazılığa səbəb olub. Etirazlarla yanaşı, polis bölməsinin yandırılması və seçki məntəqələrinə hücumlar barədə də məlumatlar yayılıb.
Cavab olaraq, polis güc tətbiq edib və gözyaşardıcı qazdan istifadə olunub, ölkədə internet və rabitə bloklanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 31 Oktyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















