Tapdığı barıtı “laqonda” ilə kəsib Xankəndidəki faciənin təfərrüatı
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az Xitab24.az-a istinadla xəbər verir ki, o, tapdığı sursat barədə aidiyyəti üzrə xəbər vermək əvəzinə, barıtı Abşeron rayonu Şәfәq qәsәbәsinә aparmaq istәdiyindәn özünә mәxsus çantaya yerlәşdirә bilmәsi üçün hissәlәrә bölmәk qәrarına gәlib.
Nə qədər qəribə olsa da, Bəkir barıtı kəsmək üçün “laqonda”dan istifadə edib. Öz otağında “laqonda”nı işә salan təqsirləndirilən şəxs aləti barıta toxunduran kimi yanğın başlayıb.
O, barıtı dәrhal hamam otağına aparıb suyun altına qoyub alovu söndürmәk istәsə də, barmaqları yandığı üçün bunu bacarmayıb. Tez bir zamanda alov bütün evi bürüyüb. Hadisə nəticəsində evdə olan iş yoldaşı İsgəndər Hüseynov ciddi yanıq xəsarətləri alıb. İsgəndər hadisədən bir neçə gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Bundan başqa, hadisə nəticəsində Xankәndi şәhәrindә, Ağdәrә vә Xocalı rayonlarında Bәrpa, Tikinti vә İdarәetmә Xidmәtinə 6595,50 manat ziyan dəyib.
Hadisə ilə bağlı keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, Bəkir Bəkirov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Baxış sayı:182
Bu xəbər 28 İyul 2026 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















