Icma.az
close
up
RU
Tapşırıqları ləyaqətlə və şərəflə yerinə yetirən məmurlara çox böyük ehtiyac var Deputat

Tapşırıqları ləyaqətlə və şərəflə yerinə yetirən məmurlara çox böyük ehtiyac var Deputat

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev dünən yerli telekanallara verdiyi müsahibəsində bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan operativ və çevik idarəetmə modeli gələcəkdə ölkənin digər regionlarında da tətbiq oluna bilər. Dövlətimizin başçısı vurğulayıb ki, hər bir vəzifə sahibi cəmiyyətin inkişafı üçün ürəklə işləməli və problemlərə qarşı dözülməz yanaşmalıdır.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a açıqlayan millət vəkili Naqif Həmzəyev bildirdi ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq edilən operativ və çevik idarəetmə modeli gələcəkdə Azərbaycanın bütün bölgələrində tətbiq edilə bilər. O, qeyd etdi ki, artıq bunun üçün lazımi işlər, demək olar ki, görülüb:

"Mərkəzi icra hakimiyyəti orqanlarının rayon və şəhərlər üzrə regional idarələri fəaliyyət göstərir və ilkin mərhələdə müəyyən çətinliklər olsa da, artıq, demək olar ki, bu dəyişikliklər hər kəs tərəfindən qəbul edilir. Zamanla müxtəlif kadr seçimlərində problemlər ortaya çıxmışdır, lakin hazırda demək olar ki, mərkəzi icra hakimiyyəti orqanlarının rayon və şəhərlərdə fəaliyyət göstərən regional idarələri öz vəzifələrinin öhdəsindən gələ bilirlər. Buna müvafiq olaraq, regional idarəetməni məhz bu formada tətbiq etmək olar və böyük ehtimalla yaxın gələcəkdə bu dəyişikliklər həyata keçiriləcəkdir".

Deputat əlavə etdi ki, bir əsas məsələni nəzərdə saxlamaq lazımdır.

"Qarabağda və Şərqi Zəngəzurda tətbiq edilən operativ və çevik idarəetmə modeli yenidənqurma və bərpa işlərinin çevik, operativ şəkildə həyata keçirilməsində çox uğurlu olub. Lakin bu ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı hələ tam şəkildə başa çatmayıb. Bu proses mərhələli şəkildə həyata keçirilir, yəni həmin ərazilərdə əhali hələ tam şəkildə məskunlaşmayıb. Bu baxımdan da biz bu məsələdə hər şeyi ölçüb-biçməliyik, çünki Azərbaycanın digər regionlarında, rayon və şəhərlərində əhali yaşayır. Onların alışdığı və öyrəndiyi müəyyən idarəetmə forması var və mütəmadi olaraq onların istəklərinin, arzularının və problemlərinin həlli məsələləri gündəmə gəlir. Bu baxımdan yeni tətbiq ediləcək idarəetmə formasında bu məsələlər də nəzərə alınmalı və maksimum dərəcədə çalışılmalıdır ki, problemlər daha operativ şəkildə həll olunsun və əlavə narahatlıqlar ortaya çıxmasın.

İstənilən halda cənab prezidentin müsahibəsindən də aydın və açıq şəkildə gördük ki, tapşırıqları ləyaqətlə və şərəflə yerinə yetirən məmurlara, kadrlara çox böyük ehtiyac var. Bu məsələdə də cənab prezident hər zaman çox tələbkar olub və son kadr dəyişiklikləri də buna misal ola bilər. Bu, o deməkdir ki, vəzifəsindən və kimliyindən asılı olmayaraq hər bir şəxs maksimum dərəcədə öz vəzifə öhdəliklərini yaxşı bilməli və onları layiqincə yerinə yetirməyə çalışmalıdır. Mən inanıram ki, cənab prezidentin rəhbərliyi altında yaxın gələcəkdə həyata keçiriləcək bu islahatlar uğurlu olacaqdır. Biz Azərbaycanda vətəndaşların sosial rifahının yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi üçün hökumətin səylərinin daha da artacağına şahidlik edəcəyik", - deyə Naqif Həmzəyev yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Yanvar 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see177

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see169

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see148

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see139

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see132

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see130

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri