Icma.az
close
up
RU
Tarix qəhrəmanları unutmur

Tarix qəhrəmanları unutmur

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid İbrahimli Nail Nəriman oğlunun doğum günündə xatirəsi anılıb. İlk öncə Xaçmaz kənd Vüqar İbrahimov adına 2 saylı tam orta məktəbdə Vətən Müharibəsi Qəhrəmanı şəhid Nail İbrahimlinin anadan olmasının 31-ci il dönümünə həsr olunmuş "Tarix qəhrəmanları unutmur" mövzusunda xatirə gecəsi keçirilib, daha sonra Xaçmaz kənd Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub.

Anım tədbirində YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov, rayon icra hakimiyyətinin şöbə müdiri və əməkdaşları, şəhid ailələri, Oğuz şəhər Nail İbrahimli adına 3 sayı məktəb-liseyin və Xaçmaz kənd Vüqar İbrahimov adına 2 sayli tam orta məktəbin kollektivi, DSX-nin hərbi qulluqçuları, mədəniyyət işciləri Vətən müharibəsində xüsusi şücaət göstərərək döyüşüb qəhrəmancasına şəhadətə yüksəlmiş Vətən Müharibəsi Qəhrəmanı, şəhid Nail İbrahimlinin doğum günü ilə əlaqədar şəhidin Xaçmaz kənd Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Nail İbrahimli 4 mart 1994 - cü ildə Oğuz rayon Xaçmaz kəndində anadan olmuşdur. 2000 - 2011-ci illərdə Vüqar İbrahimov adına 2 nömrəli tam orta məktəbdə oxumuşdur. 2012 - 2013-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Nail 2019 - cu ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi yenidən Vətənə xidmətə yollanmışdır. Vətən Müharibəsində döyüşlərə Nail İbrahimli Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri kimi qatılmış, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmişdir. Kiçik kizir, kəşfiyyatçı İbrahimli Nail, Füzuli, Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə iştirak edərək, Şuşa döyüşlərində qəhrəmancasına şəhid olmuşdur.

Nail İbrahimli noyabrın 12 - də Xaçmaz kəndindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Ölmündən sonra İbrahimli Nail Nəriman oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020 Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş, 15.12.2020 Sərəncamı ilə "Vətən uğrunda" və 29.12.2020 Sərəncamı ilə "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Şəhidimizin adı əbədiləşdirilərək, Oğuz rayon 3 saylı məktəb - liseyə Nail İbrahimlinin adı verilmişdir.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Mart 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri