Tarix təyin olundu! Qəzzanı dünyaya bağlayan yeganə qapı yenidən açılır
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
İsrail və HƏMAS arasında atəşkəs razılaşması qüvvəyə minib.
Turkustan.az xəbər verir ki, ərzaq, dərman və tibbi ləvazimatlar qıt olmaqda davam edir və fələstinlilər aclıqla mübarizə aparmaqda davam edir.
Razılaşmaya görə, hər gün Qəzza zolağına 600 yük maşını humanitar yardım daxil olmalıdır. Hazırda bu rəqəm 300-dən aşağıdır. Qeyri-adekvat yardım xəstəxanalarda dərman və ilkin tələbat mallarının çatışmazlığını daha da artırır.
Reuters agentliyinin məlumatına görə, Rəfah sərhəd keçid məntəqəsi iki ildən sonra bazar ertəsi, oktyabrın 20-də yenidən açılacaq. Misirdəki fələstinlilər Rəfah sərhəd keçid məntəqəsindən Qəzzaya daxil ola biləcəklər. Fələstinin Misirdəki səfirliyindən verilən açıqlamada, "Rəfah Sərhəd keçid məntəqəsi bazar ertəsi yenidən açılacaq. Misirdəki fələstinlilərin Qəzzaya daxil olmasına icazə veriləcək".
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 18 Oktyabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















