Icma.az
close
up
RU
Tarix yazılan torpaq: Cəbrayılın azadlığı və inkişaf yolu

Tarix yazılan torpaq: Cəbrayılın azadlığı və inkişaf yolu

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu, bu müddət ərzində tamamilə dağıdılmış, yaşayış evləri, sosial infrastruktur, məktəblər, xəstəxanalar və mədəniyyət ocaqları məhv edilmişdi. Yerli əhali məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışdı. İşğal zamanı 100-dən çox kənd, Cəbrayıl şəhəri və çoxsaylı tarixi-mədəni abidələr vandalizmə məruz qalmışdır.

Cəbrayılın azad olunmasının əsası 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun Lələtəpə yüksəkliyini azad etməsi başladı. Bu strateji qələbə nəticəsində Cocuq Mərcanlı kəndi təhlükəsiz əraziyə çevrildi və Azərbaycan dövlətinin güclü siyasi iradəsi ilə qısa müddətdə kənd yenidən qurularaq sakinlərin qayıdışı təmin olundu. Cocuq Mərcanlı bu gün işğaldan azad edilən ərazilərdə aparılan bərpa proseslərinin simvoluna çevrilib.

Xudafərin körpüləri yalnız memarlıq və tarixi baxımdan deyil, həm də mənəvi və strateji baxımdan xalqımız üçün mühüm əhəmiyyətə malikdir. 2020-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Xudafərin körpülərinin yerləşdiyi ərazi azad olundu və Azərbaycan bayrağı bu qədim abidə üzərində ucaldıldı. Bu hadisə, Azərbaycanın ərazi bütövlüyünün bərpasının və milli qürurun ən güclü rəmzlərindən biri hesab olunur.

Azad olunan Cəbrayıl rayonunda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Xüsusilə yol-nəqliyyat şəbəkəsinin bərpası və genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. 5 may 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən Hadrut–Cəbrayıl–Şükürbəyli avtomobil yolunun təməli qoyuldu. Uzunluğu 43 kilometr olan bu dörd zolaqlı yol, Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşərək regionun nəqliyyat imkanlarını daha da gücləndirəcək.

İşğaldan azad edilən kəndlərdən biri də Sarıcallıdır. Bərpa planları çərçivəsində kəndin yenidən qurulması, sosial və iqtisadi infrastrukturun formalaşdırılması istiqamətində layihələr hazırlanır. Sarıcallı kəndi, Cəbrayılın kənd təsərrüfatı və sosial həyatının dirçəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Cəbrayılın bərpa prosesi birbaşa ölkə rəhbərliyinin nəzarəti altındadır. Prezident İlham Əliyevin rayonun inkişafına verdiyi diqqət bu istiqamətdə həyata keçirilən səfərlərlə də əyani şəkildə deyilənləri təsdiq edir: 

4-5 oktyabr 2021-ci il tarixli səfər şərçivəsində “KamAZ” ASC və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin servis mərkəzinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Rayon Mərkəzi Xəstəxanası və Mehdi Mehdizadə adına tam orta məktəbinin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhər bərpasının təməlqoyması mərasimləri keçirildi. Səfər çərçivəsində həmçinin “Cəbrayıl” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı baş tutdu. 

20 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qumlaq stansiyasında Horadiz–Ağbənd dəmir yolu xəttinin, “Azərbaycan–Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” kompleksinin təməlqoyma mərasimləri keçirilib, həmçinin liderlərin iştirakı ilə ağacəkmə aksiyası və mətbuat konfransı təşkil olunub. Artıq Cəbrayıl rayonu öz sakinlərinə qovuşub. Rayonda həyat canlanır. 

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə 4 Oktyabr – Cəbrayıl şəhəri gününün keçirilməsi yalnız bir rayonun azadlığı deyil, həm də xalqımızın torpağa bağlılığının, milli həmrəyliyinin və dövlətin güclü iradəsinin simvoludur. İşğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Cəbrayıl rayonunun gələcəyinə ümidlə baxmağa əsas verir. Cəbrayıl artıq dirçəlir, yenidən qurulur və gələcəyə doğru böyük inamla irəliləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Oktyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri