Tarixçi Kərəm Məmmədovun yubileyi və yeni kitabı təqdim olunacaq
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında tanınmış Azərbaycan tarixçisi, etnoqraf, Əməkdar müəllim Kərəm Məmmədovun 60 illik yubiley tədbiri və alimin vəfatından sonra nəşr olunmuş "Borçalı Gürcüstan, Azərbaycan və Güney Qafqaz tarixində" kitabının təqdimatı olacaq.
"Sherg.az"ın xəbərinə görə, Azərbaycan Türk Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir AMEA Mərkəzi Elmi Kitabxanasında, saat 14:00-da baş tutacaq.
Qeyd edək ki, Kərəm Məmmədov yeni nəsil tarixçilərin yetişməsində böyük əməyi olan, ortaq türk tarixinin yazılması və tədqiqində böyük xidmətlər göstərən milli tarix məktəbinin qurucularından idi. Arzu edənlər tədbirdə iştirak edə bilər.
Baxış sayı:182
Bu xəbər 18 İyun 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















