Tarixdə ƏN TƏCCÜBLÜ boşanma tələbi: 24 il sonra arvadına verdiyi böyrəyi geri istədi
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
ABŞ-nin Nyu York ştat məhkəmsində tarixdə görülməyən məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, kişi boşanma prosesində arvadına 24 il əvvəl verdiyi böyrəyi geri istəyib.
Belə ki, 2001-ci ildə ştatın Long-Aylend adasından olan cərrah Riçard Batista böyrək xəstəsi olan arvadı Donell üçün böyrəyini hədiyyə edib. Donell əvvəllər iki uğursuz transplantasiya keçirib, lakin donorlarının böyrəkləri onu sağlamlığına qovuşdurmayıb. Sonda ərinin donor olması qadına sağlamlıq bəxş edib.
Lakin illər sonra cütlük boşandıqda, Batista məhkəməni təəccübləndirərək ya böyrəyin geri qaytarılmasını, ya da 1,5 milyon dollar təzminat tələb edib.
Məhkəmə bu tələbi rədd edib, çünki transplantasiya olunmuş orqan qanuni olaraq hədiyyə sayılır və tamamilə alıcıya məxsusdur.
Tibb etikası üzrə mütəxəssislər də vurğulayıblar ki, orqanların hər hansı qiymətli əvəz qarşılığında dəyişdirilməsi qanunsuzdur, bu da Batistanın tələbinin həm qanunsuz, həm də tibbi baxımdan mümkün olmadığını göstərir.
Bu iş o vaxtdan bəri boşanma prosesində ortaya çıxa biləcək qəribə və etik baxımdan təhlükəli mübahisələrin geniş sitat gətirilən nümunəsinə çevrilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 11 Sentyabr 2025 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















