Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Tarixdən süzülən zəriflik Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik Xan qızının geyim irsi VİDEO

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 11 iyun, AZƏRTAC

Tarixi şəxsiyyət haqqında danışarkən diqqəti ilk cəlb edən məqamlardan biri də onun dövrünü və həyat tərzini əks etdirən geyimlərdir. Tarixin süzgəcindən keçərək günümüzə gəlib çatan bu geyimlər yalnız estetik görünüş deyil, həm də həmin dövrün mədəniyyətini, zövqünü və sosial həyatını özündə əks etdirir. Şəxsiyyətin geyim üslubu onun yaşadığı mühit, dünyagörüşü və cəmiyyətdəki mövqeyi barədə mühüm məlumatlar verir. Bu baxımdan XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Qarabağın xan qızı Xurşidbanu Natəvanın geyimləri də xüsusi maraq doğurur. Onun istifadə etdiyi libaslar təkcə fərdi zövqünün deyil, həm də dövrünün saray mədəniyyətinin və milli geyim ənənələrinin zəngin nümunələridir. Şairənin şəxsi əşyaları və əl işləri hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunur və onun yüksək zövqünü, sənətkarlıq bacarığını əks etdirir.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi Aynur Babayeva ətraflı məlumat verib.

O söyləyib ki, muzeydə mühafizə olunan eksponatlar arasında Natəvanın hazırladığı və ya istifadə etdiyi müxtəlif məişət və geyim nümunələri yer alır. Bu əşyalar XIX əsr Azərbaycanının maddi-mədəni irsini öyrənmək baxımından da böyük əhəmiyyət daşıyır.

“Kolleksiyanın maraqlı nümunələrindən biri xurcundur. Keçmişdə ərzaq və müxtəlif əşyaların daşınmasında istifadə edilən bu məişət əşyası qara mahud parçadan hazırlanıb. Onun üzəri müxtəlif rəngli saplarla işlənmiş yarpaq naxışları ilə bəzədilib. Xurcunun üzərində həm miladi, həm də hicri təqvimi ilə tarixlərin qeyd olunması onu tarixi baxımdan da qiymətli edir. Natəvanın əl işləri arasında Quranqabı da xüsusi yer tutur. Güləbətin və ipək saplardan toxunan bu nümunə həm dini ənənələrin, həm də incə sənətkarlığın ifadəsidir. Zərif işlənməsi onun yüksək ustalıqla hazırlandığını göstərir”,-deyə Aynur Babayeva əlavə edib.

Şairənin şəxsi geyim nümunələrinin də kolleksiyanın dəyərli hissəsini təşkil etdiyini diqqətə çatdıran baş mütəxəssis deyib: “İpək zərxara parçadan tikilmiş köynək dövrün geyim mədəniyyətini əks etdirən nümunələrdəndir. Yaşıl məxmər və sətin parçalarla işlənmiş nimtənə isə XIX-XX əsrlərdə Azərbaycan qadınlarının istifadə etdiyi ənənəvi üst geyimlərindən biri olub. Onun qolları və ətək hissəsi güləbətin tikmələri ilə bəzədilib. Kolleksiyada yer alan heybə də Natəvanın sənətkarlıq bacarığını nümayiş etdirən nümunələrdəndir. Zərxara qanovuz atlasdan hazırlanan heybənin üzəri güləbətin və ipək saplarla təkəlduz üsulunda işlənib. Bu, Azərbaycan dekorativ-tətbiqi sənətinin gözəl örnəklərindən hesab olunur. Natəvana məxsus tuman da dövrün qadın geyim mədəniyyətini əks etdirir. Qanovuz parçadan tikilmiş bu geyim növü XIX əsrdə qadınların gündəlik istifadə etdiyi əsas geyimlərdən biri olub. Həmin dövrdə geyimlərin rəngi və naxışları sahibinin yaşına və sosial vəziyyətinə uyğun seçilirdi.

Tənbəki kisəsi kolleksiyanın diqqətçəkən eksponatlarındandır. Güləbətin və təkəlduz tikmə üsulları ilə hazırlanan bu kisələr həm məişətdə istifadə olunur, həm də qızların cehizinin vacib hissəsi sayılırdı. Natəvanın hazırladığı nümunə incə ornamentləri və nəfis işlənməsi ilə seçilir. Azərbaycan evlərinin daxili interyerində mühüm yer tutan taxça pərdələri də Natəvanın əl işləri sırasında qorunur. Bu pərdələr həm dekorativ, həm də funksional əhəmiyyət daşıyaraq xalqımızın estetik zövqünü əks etdirir”.

Kolleksiyanın maraqlı nümunələrindən birinin də məhz başmaq olduğunu vurğulayan A.Babayeva deyib: “Məxmər və mahud parçadan hazırlanan başmağın üzəri yaşıl, firuzəyi, qara və qırmızı rəngli muncuqlar, eləcə də güləbətin tikmələri ilə bəzədilib. Başmağın üzərindəki tikmələrin Natəvan tərəfindən işlənməsi bu eksponatın dəyərini daha da artırır. Natəvanın şəxsi əşyaları arasında qırxaçar cam da yer alır. Misdən hazırlanmış bu məişət əşyası XIX əsr Azərbaycan məişət mədəniyyətinin öyrənilməsi baxımından maraqlı nümunələrdəndir. Şairənin əl işləri onun yalnız söz sənətində deyil, tətbiqi sənətin müxtəlif sahələrində də böyük istedada malik olduğunu göstərir. Güləbətin saplarla tikdiyi yaxalıqlar, başmaqlar, xurcunlar və digər nümunələr Natəvanın yüksək bədii-estetik zövqünü və peşəkar sənətkarlıq bacarığını əks etdirir. Məhz bu sənətkarlıq nümunələri sayəsində o, dövrünün görkəmli şəxsiyyətlərinin rəğbətini qazanmış, hətta məşhur fransız yazıçısı Aleksandr Düma tərəfindən də yüksək qiymətləndirilib”.

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində qorunan həmin eksponatlar Xurşidbanu Natəvanın çoxşaxəli fəaliyyətini, Azərbaycan qadınının sənətkarlıq ənənələrini və XIX əsrin maddi-mədəni irsini yaşadan qiymətli nümunələr kimi böyük əhəmiyyət daşıyır.

Müxbir – Fidan Əlizadə

Fotoqraf – Səfiyar Məcnun

Videooperator - Şövqi Əzizov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see322

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see319

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see300

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see295

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see277

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see271

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see271

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see265

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see253

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see250

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see234

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see228

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see222

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see222

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see212

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see203

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see200

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see200

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri