Icma.az
close
up
RU
Tarixi anların şahidi: İctimai Televiziya 20 ildə REPORTAJ

Tarixi anların şahidi: İctimai Televiziya 20 ildə REPORTAJ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 29 avqust, Aytac Haqverdiyeva, AZƏRTAC

Azərbaycan müstəqillik qazandıqdan sonra media sahəsində köklü islahatlar həyata keçirildi. Bu islahatların önəmli tərkib hissəsi kimi ictimai yayım prinsiplərinə əsaslanan televiziya qurumu yaradıldı. Dövlətin məqsədi aydın idi: cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını ifadə edə biləcək, ictimaiyyətə tərəfsiz və balanslı informasiya təqdim edən, həmçinin milli maraqları qoruyan platforma formalaşdırmaq.

İctimai Televiziya və Radio Yayımları Şirkəti məhz bu missiya ilə fəaliyyətə başladı. 20 il ərzində sübut etdi ki, Azərbaycan mediasında peşəkarlığın, demokratik yanaşmanın və müasir standartların təcəssümü ola bilər.

İctimai Televiziya (İTV) 2005-ci il avqustun 29-da efirə çıxdı. Elə həmin gündən tamaşaçılar efirdə fərqli üslub və yeni nəfəs hiss etdilər. İTV dərhal cəmiyyətlə dövlət arasında körpü rolunu öz üzərinə götürdü, tərəfsiz, obyektiv və balanslı xəbərlərlə ictimai maraqlara xidmət etməyə başladı. 2006-cı il yanvarın 10-da isə İctimai Radio bu fəaliyyətə qoşuldu. Beləliklə, müstəqil, cəmiyyətin müxtəlif təbəqələrinin fikirlərinə yer verən və peşəkarlığı əsas prinsip seçən media qurumu formalaşdı.

AZƏRTAC-ın əməkdaşları İTV-nin 20 illik yubileyi münasibətilə həmkarlarının iş mühitində oldu, fəaliyyətləri və uğurları barədə ətraflı söhbət apardılar.

Fəaliyyətə başladığı gündən yeniliyə açıq olan İTV Azərbaycan mədəniyyətinin və tarixi dəyərlərinin qorunması, milli kimliyin dünyaya tanıdılması istiqamətində layihələr həyata keçirdi. İctimai-siyasi, maarifləndirici, mədəni, sosial və idman proqramları ilə tamaşaçını əhatə etdi. Bu televiziya və radio yalnız informasiya mənbəyi deyil, həm də milli kimliyin qorunması, dəyərlərin təbliği və mədəniyyətin yaşadılması vasitəsidir.

İTV-nin 20 illik fəaliyyəti ərzində həyata keçirilən yüzlərlə mədəni və sosial layihə, maarifləndirici verilişlər, analitik debatlar və sənədli filmlər ölkə ictimaiyyətinə əhəmiyyətli töhfələr verdi və milli mediamızın simasını gücləndirdi.

İTV əməkdaşlarının xatirələri - efirin arxasındakı anlar

İTV-nin əməkdaşları bu media qurumunu yalnız iş yeri kimi deyil, həyatlarının ayrılmaz bir parçası kimi dəyərləndirirlər. İlk həmsöhbətimiz Xəbərlər xidmətinin böyük redaktoru Samirə Sultanova oldu. O, buranın necə bir həyat məktəbi və peşəkar platforma olduğunu belə izah etdi: “İTV-yə gəldiyim zaman bu kanal 13 yaşlı bir “yeniyetmə” idi; indi isə artıq 20 yaşlı “gənc” – daha cəsarətli, sərbəst və innovativ. Koronavirus dövründə maska ilə efirə çıxmaq, Vətən müharibəsi zamanı boğazımda düyünlə danışmaq, Şuşanın azad olunduğu gün keçmiş məcburi köçkünlərlə hazırladığım reportaj peşə fəaliyyətimin ən yaddaqalan və dəyərli anlarındandır. Tamaşaçı bunu yalnız efirdə görür, biz isə həmin anları tam canlı yaşayırdıq – sadəcə xəbəri çatdırmır, tarixi anların canlı şahidi olmuşduq”.

İctimai-siyasi departamentin müxbiri Mehman Mirzəzadə isə İTV-ni sadəcə yayımçı deyil, həm də gənc jurnalistlərin yetişdiyi bir məktəb kimi qiymətləndirdi. O, həm də vurğuladı ki, müasir texnologiyalardan istifadə və rəqəmsal platformalarda aktiv iştirak İTV-ni qlobal informasiya məkanının fəal və etibarlı üzvünə çevirib: “İTV təkcə televiziya kanalı deyil, həm də bir məktəbdir. Burada gənclərə göstərilən etimad və yaradıcı mühit bizi daim daha yaxşı olmağa həvəsləndirir, sözün əsil mənasında motivasiya edir”.

Xəbər aparıcısı Murad İbrahimoğlu isə əlavə etdi: “Əminəm ki, bundan sonra da kanalımız keyfiyyətli və maraqlı layihələri ilə izləyicilərin hörmətini qazanacaq. Artıq 7 ildir İTV-də çalışıram. Bu müddət ərzində həm peşəkar təcrübə, həm də ömürlük dostluqlar qazandım. Qarşıdakı illərdə də İTV milli maraqlara xidmət edən, Azərbaycanı dünyada rəqib və nüfuzlu platformalarda ləyaqətlə təmsil edən bir media qurumu olaraq fəaliyyətini davam etdirəcək.”

“Xəbərimiz var” layihəsinin rəhbəri Jalə Quliyeva isə deyib: “26 illik jurnalistika fəaliyyətimin 20 ili İTV ilə bağlıdır. Bu səbəbdən İctimai Televiziya mənim üçün yalnız bir iş yeri deyil, həyatımın ayrılmaz bir parçasıdır. Onun yubileyini qeyd etmək məndə sözlə ifadə olunmaz bir duyğu yaradır”.

İTV: Cəmiyyətin və mədəniyyətin aynası

İTV qarşıdakı illərdə də rəqəmsal platformalarda mövqeyini daha da gücləndirməyi, yeni layihələr həyata keçirməyi və Azərbaycanı beynəlxalq informasiya məkanında ləyaqətlə təmsil etməyi planlaşdırır. Məsələn, rəqəmsal platformalarda yeni interaktiv proqramlar, sənədli seriallar və maarifləndirici layihələr hazırlanacaq.

Bu gün İctimai Televiziya və Radio Azərbaycan mediasında özünəməxsus və nüfuzlu mövqeyə sahibdir. Tərəfsizlik, obyektivlik, balanslı xəbərçilik və ictimai maraqlara xidmət prinsipləri İTV-nin ölkə auditoriyası tərəfindən etibar və hörmət qazanmasının əsas dayaqlarıdır.

İTV göstərdi ki, peşəkar komanda, yaradıcı yanaşma və cəmiyyətlə dövlətə xidmət prinsipi ilə media qurumu həm etibarlı, həm də sevilən ola bilər. Kollektivin gördüyü işlər göstərir ki, İTV milli medianın inkişafında həm etibarlı, həm də nümunəvi platformadır. Təkcə televiziya kanalı deyil, həm məktəb, həm ailə, həm də milli dəyərlərin daşıyıcısıdır.

AZƏRTAC İTV-nin kollektivini 20 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar və nailiyyətlər arzulayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri