Icma.az
close
up
RU
Tarixi Azərbaycan şəhəri qaytarıla bilər Mühüm şərt açıqlandı

Tarixi Azərbaycan şəhəri qaytarıla bilər Mühüm şərt açıqlandı

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son dövrlər ölkəmizdə Qərbi Azərbaycan məfkurəsi daha fəal şəkildə gündəmə gətirilir. Bildirilir ki, Rəsmi Bakı tarixi torpaqlara dinc yolla qayıdışı hədəfləyən ideoloji bir prosesə start verib. Ekspertlərin fikrincə, bu yanaşma həm beynəlxalq hüquqa əsaslanır, həm də milli kimliyin və yaddaşın qorunmasına xidmət edir.

Bəs şimaldakı torpaqlarla bağlı necə plan var? Dərbənd məsələsi aktuallaşa bilər? Azərbaycanlıların bu şəhərdə yaşaması, sayı, özlərini ifadə etməsi hazırda hansı vəziyyətdədir?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Qərbi Azərbaycandan qovulmuş həmvətənlilərimizin öz torpaqlarına qaytarılması bu gün bizim üçün daha realdır və bunu həyata keçirmək asandır:

“Buna görə də tarixi torpaqlarımıza geri qayıtmağın ideoloji əsaslarını hazırlayırıq. Lakin dövlətimiz Azərbaycandan ayrılmış torpaqlar uğrunda mübarizə apara bilməz. İstənilən ərazini qaytarmaq, yaxud orada azərbaycanlıların yaşamasını təmin etmək üçün uzun müddət hazırlaşmaq lazımdır. Zamanında Azərbaycan ərazisi hesab olunan və hazırda digər ölkələrin tərkibinə qatılmış torpaqların tarixi şərait yetişdikdə qaytarılacağı şübhəsizdir. Amma beynəlxalq şəraiti nəzərə alaraq, bunu qlobal və regional gücləri üzərimizə qaldırmadan həyata keçirməliyik”.

Həmçinin oxuyun:

Ağ Ev Ərdoğanla razılaşdı, 45 illik “silah” sıradan çıxarıldı – Trampın inanılmaz Bakı arzusu

Əlimusa İbrahimov

Politoloq bildirib ki, Rusiyanın ərazisi hesab olunan torpaqların da nə zamansa qaytarılacağına ümidlər var:

“Amma qeyd etdiyim ki, bu tipli məsələlər mərhələli şəkildə həyata keçirilməli və tarixi şəraitdən çıxış edərək addım atılmalıdır. Bu gün qarşımızda duran əsas məsələ isə Qərbi Azərbaycandır. Bu qayıdış uğurla həyata keçirildikdən sonra digər ərazilər barəsində düşünmək olar”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 İyul 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri