Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Tarixi cinayətlər və labüd cəzalar

Tarixi cinayətlər və labüd cəzalar

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

200 il öncə Çar I Pyotrun Qafqazı və Xəzəryanı əraziləri Rusiya imperiyasına qatmaq cəhdləri 1723-cü ildə Bakının işğalı ilə nəticələndi. I Pyotr Rusiya ordusuna şiddətli müqavimət göstərən müsəlmanlardan ibarət yerli əhalini işğal altında saxlamağın çətin olacağını anlayırdı.

Ona görə də bu ərazilərdə möhkəmlənmək üçün Gilanda, Mazandaranda, Bakıda və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini qərara aldı. Əsası I Pyotr tərəfindən qoyulan bu siyasət Rusiya imperiyasının sonrakı çarları tərəfindən də davam etdirildi. Məhz bu məqsədlə 1768-ci ildə II Ekaterina “ermənilərin himayə edilməsi” barədə əmr imzalamışdı. 1802-ci ildə isə çar I Aleksandr H.D.Sisianova ünvanladığı məktubunda yazırdı: “Nə olur-olsun ermənilər Azərbaycanın … bu və ya digər xanlıqlarında istifadə olunmalıdır”.

O zamanlara qədər dövlətçiliyi olmayan ermənilər isə öz dövlətlərini yaratmaq üçün Qafqazda imperiya siyasətinin həyata keçirilməsində Rusiyaya xidmət göstərməyə hazır idilər.

XIX əsrin əvvəllərində Rusiya ilə İran arasında gedən iki müharibənin (1804-1813 və 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycanın parçalanmasına – şimalın Rusiyanın, cənubun isə İranın idarəçiliyinə keçməsi ilə nəticələndi.

Türkmənçay müqaviləsindən dərhal sonra imperator I Nikolay 21 mart 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni əyaləti”nin yaradılması haqqında əmr imzalamışdı. Bu əmrə əsasən, o zaman 7,331 azərbaycanlının və 2,369 erməninin yaşadığı İrəvan şəhəri “Erməni əyaləti”nin tərkibinə daxil edilmişdi. Bunun ardınca Türkmənçay müqaviləsinin XV bəndinə əsasən, İran ərazisindən ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanıldı. Bunun da nəticəsində həmin ərazilərdə məskunlaşmış azərbaycanlılar öz yurd-yuvalarından məhrum edildilər. 1828-1829-cu və 1877-1878-ci illərdə Türkiyə ilə aparılan müharibələrin sonunda da eyni proseslər baş vermişdi. Yalnız 1829-1830-cu illər ərzində Naxçıvan, Qarabağ və İrəvan ərazisinə İrandan 40 min, Türkiyədən isə 84 min 600 erməni köçürülüb yerləşdirildi.

Bütün bunlar sonrakı iki əsr ərzində Azərbaycan xalqının tarixində bir sıra faciəvi hadisələrə yol açdı.

Artıq XIX əsrin ikinci yarısında ermənilər Türkiyə, Gürcüstan və Azərbaycan əraziləri hesabına “Böyük Ermənistan” xülyasına düşmüşdülər. Məhz elə o zamanlar ermənilər Qafqazın yerli əhalisi ilə mübarizə aparmaq üçün ilk növbədə xaricdə gizli təşkilatlar yaratmağa başlamışdılar. 1887-ci ildə Cenevrədə yaradılmış “Sosial Demokrat Hnçaq” partiyası və 1890-cı ildə Tiflisdə yaradılmış “Daşnaksütyun” partiyası, 1895-ci ildə isə Nyu-Yorkda yaradılmış “Erməni vətənpərvərlər ittifaqı” kimi təşkilatların məqsədləri məhz “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsindən ibarət idi. Onlar bu məqsədlə vəsait toplayır, silah-sursat ehtiyatı yığır və Qafqazda yerləşdirilmiş erməniləri hərəkətə gətirmək üçün əlverişli hərbi-siyasi şəraitin yetişməsini gözləyirdilər.

Ermənilər üçün ilk belə fürsət 1905-1907 illərdə yarandı. Rusiyada gedən inqilabi proseslərdən istifadə edən ermənilər 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Ordubad, Haxçıvan, Eçmiadzin, Cavanşir və Qazaxda azərbaycanlıları öz ata-baba torpaqlarından qovub çıxardılar. İrəvan və Gəncə quberniyalarında azərbaycanlıların yaşadığı 200 kənd, Şuşa, Cəbrayıl və Zəngəzur ərazisində isə 75 kənd ermənilər tərəfindən talan edildi. Bu hadisələrin təsviri M.S.Ordubadinin “Qanlı illər” və M.M.Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi” kitablarında öz əksini tapıb. Sonrakı illərdə də Rusiya imperiyası tərəfindən ərazinin erməniləşdirilməsi siyasəti gizli şəkildə davam etdirilirdi.

Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış inqilabi vəziyyət ermənilərə öz məqsədlərini həyata keçirmək üçün yeni fürsət yaratmışdı. 1917-ci ildə baş vermiş fevral və oktyabr inqialablarından sonra ermənilər artıq bolşevizm bayrağı altında öz çirkin niyyətlərini həyata keçirməyə cəhd edirdilər. Moskvadan göndərilmiş Stepan Şaumyanın başçılığı altında fəaliyyət göstərən Bakı kommunası 1918-ci ildə “əksinqilabi elementlərlə mübarizə” şüarı altında azərbaycanlılara qarşı soyqırımına başladı. 1918-ci ilin mart-aprel ayları ərzində Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi.

Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən həyata keçirilən kütləvi qırğınlar tezliklə daha böyük əraziyə yayıldı. 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və erməni silahlı dəstələri tərəfindən 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdular. Bu təkcə azərbaycanlılara qarşı yox, Azərbaycan ərazisində yaşayan bütün millətlərə qarşı yönəlmiş soyqırımı hadisəsi idi. 1918-ci ilin mart-aprel aylarında on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar qətlə yetirilmiş, xalqımıza məxsus tarixi-mədəni abidələr, məktəblər, xəstəxanalar və məscidlər dağıdılmışdı. 1918-ci ilin 30 mart – 3 aprel qırğınları o zamanadək Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli faciələrdən biri idi, lakin sonuncu deyildi. Onlar sovet dövründə də xalqımıza qarşı etnik təmizləmə və deportasiya siyasətini davam etdirmişdilər. Sovet işğalından sonrakı ilk onillik ərzində Zəngəzur, Dərələyəz və Göyçə mahalının Azərbaycandan qoparılaraq ermənilərə verilməsi, 1920-1930-cu illərdə və 1948-1953-cü illərdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi şəkildə deportasiyaya məruz qoyulması da çar Rusiyası tərəfindən aparılan Qafqazın erməniləşdirilməsi siyasətinin bolşevik Rusiyası tərəfindən davam etdirildiyini göstərir.

1980-ci illərdə SSRİ-nin süqutu ərəfəsində erməni millətçiliyi yeni vüsət aldı. 1988-ci ildə “Miatsum” şüarı ilə Xankəndi şəhərinin mərkəzi meydanında başlayan erməni hərakatı növbəti dəfə bir milyona yaxın azərbaycanlının öz tarixi yaşayış məskənlərindən qovulub çıxarılması və qanuni ərazilərimizin 20 %-nin işğalı ilə nəticələndi. Yenə də imperialist qüvvələrin maraqlarına xidmət edən ermənilər həmin illərdə yaranmış yeni geo-siyasi şəraitdən yararlanmaqla növbəti dəfə “Böyük Ermənistan” ideyasını gerçəkləşdirməyə cəhd etdilər. Lakin ermənilərin bu dəfəki cəhdi Böyük Ermənistan ideyasının birdəfəlik məhvi ilə nəticələndi. Torpaqlarımızın 20 %-ni 30 ilə yaxın müddət ərzində işğal altında saxlaya bilsələr də, öz çirkin niyyətlərinə çata bilmədilər. 2020-ci ilin Vətən müharibəsi 200 illik “erməni arzusunu” 2-ci Qarabağ savaşının alovları içərisində yandırıb külə çevirdi. Tarixi ədalət bərpa olundu. Torpaqlarımız işğaldan azad olundu və 30 illik işğal dövründə Azərbaycana vurulmuş zərərin ödənilməsi üçün Ermənistana qarşı beynəlxalq məhkəmə iddiası hazırlanaraq istintaqa başlanıldı. Döyüş meydanında faciəvi məğlubiyyətdən sonra Ermənistanın bir daha Azərbaycana qarşı ərazi iddiası irəli sürməyə cürət edə bilməz. Lakin son iki əsr ərzində ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş bütün cinayətlər, o cümlədən soyqırımı cinayətləri heç zaman unudulmamalıdır.

Məhz bu məqsədlə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalanmış və 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Xalqımıza qarşı törədilmiş soyqırımı hadisələri hərtərəfli tədqiqatlara cəlb olunur və bu bəşəri cinayətlərlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hüquqi və diplomatik addımlar atılmaqla geniş fəaliyyət göstərilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində yaradılmış “Soyqırımı memorial kompleksi“ 2013-cü il sentyabrın 18-də açılmışdır. 1992-ci ilin 26 fevral tarixində ermənilər tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımı dünyanın 10-dan artıq ölkəsində insanlığa qarşı cinayət və ya müharibə cinayəti kimi tanınmışdır. Bu gün də işğaldan azad olunmuş ərazilərimizdə kütləvi qətllərə məruz qalmış soydaşlarımızın qalıqları tapılır. İşğal dövründə ermənilər tərəfindən yurd yerlərimizə və soydaşlarımıza qarşı törədilmiş vandalizm və soyqırımı hadisələri bütün təfərrüatları ilə öyrəniləcək və cinayətkarlar layiqli cəzalarını alacaqlar.

Cavanşir Feyziyev, Milli Məclisin deputatı

31 mart 2025-ci il

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 Mart 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri