Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Tarixi ədalət, suverenlik və milli birliyin təntənəsi

Tarixi ədalət, suverenlik və milli birliyin təntənəsi

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyevin Xocalı və Xocavənd rayonlarına səfəri, burada görülən işlərlə tanışlıq, öz yurd-yuvalarına qayıdan sakinlərlə səmimi söhbətləri xalqımızın yaddaşına tarixi anlar kimi həkk olunub. Uzun on illiklər ərazilərin Ermənistanın işğalında olması və nəhayət 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı bir günlük antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Bu gün Azərbaycanın bütün sərhədlərində şanlı bayrağımız qürurla dalğalanır. Xalqımız qalib xalq kimi bundan sonra əbədi olaraq günü-gündən güclənən Azərbaycanın uğurları ilə fərəhlənir.Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi, birbaşa diqqət və qayğısı ilə 30 il Ermənistanın işğalında saxlanılan, viran qoyulan Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, bərpa edilir: “30 il işğalda saxlanıldığı dövrdə bütün yaşayış məntəqələri, infrastruktur, ərazinin ekoloji durumu belə pozulub. Bu gün isə güclü və qalib Azərbaycan özü təkbaşına ərazilərimizdə “Böyük Qayıdış” konsepsiyasına uyğun olaraq işləri icra edir. Məhz bunun nəticəsidir ki, uzun on illiklər öz ata-baba ocaqlarından didərgin düşmüş sakinlər yurd-yuvalarına, mənsub olduqları torpaqlara qayıdır. Dövlətimiz tərəfindən sözsüz ki, keçmiş qaçqın və məcburi köçkünlərin geri dönüb burada əbədi rahat, xoşbəxt və təhlükəsizlik şəraitində yaşaması üçün bütün zəruri addımlar atılır.
Ölkəmizin başçısı da Xocalı və Xocavəndə səfəri zamanı öz evlərinə qayıdan sakinlərlə səmimi söhbətlərində 90-cı illərin əvvəllərində xalqımızın başına gətirilən müsibətlərdən bəhs etdi. Vurğulandı ki, Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq öz milli qürurunu qorumağı bacarıb və nəhayətdə tarixi ədalət təmin edilib”.
Deputat Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimindəki çıxışının mühüm mesajları özündə ehtiva etdiyini bildirib: “Ölkəmizin başçısı Xocalı Soyqırımı Memorial Kompleksinin açılış nitqinin müasir Azərbaycan dövlətçiliyinin siyasi-fəlsəfi, hüquqi və strateji əsaslarını özündə ehtiva edən mühüm proqram xarakterli yol xəritəsi kimi xarakterizə edilir. Dövlətimizin başçısı Xocalı soyqımının anım günü belə bir Kompleksin açılışının edilməsinin tarixi əhəmiyyətinə toxunub. 1992-ci ilin fevralın 25-dən, 26-a gecə gecə Ermənistan silahlı qüvvələrininin Xocalıda əli yalın, dinc insanlara qarşı tarixdə misli-bərabəri görünməyən soyqırım aktı icra edildiyi bir daha diqqətə çatdırıldı. Sözsüz ki, Xocalı Memorial Kompleksinin açılışı yalnız tarixi hadisənin anılması deyil, eyni zamanda uzun illər davam etmiş işğal dövrünün, aparılmış diplomatik mübarizənin, hərbi-siyasi strategiyanın və postmünaqişə mərhələsində formalaşan yeni reallıqların konseptual şəkildə ümumiləşdirilməsidir.
Cənab Prezidentin də nitqində Xocalı faciəsi milli yaddaşımızın ayrılmaz tərkib hissəsi kimi təqdim olundu, eyni zamanda hadisəyə beynəlxalq hüquq müstəvisində siyasi qiymət verilməsi və ədalətin bərpası prosesi mərhələli şəkildə aparılması izah edildi. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı törədilmiş cinayət kimi deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş ağır hərbi cinayət kimi səciyyələndirilir. Bu hadisəyə emosional deyil, beynəlxalq hüquqi çərçivədə yanaşmanı əks etdirir.
Çünki 1992-ci ilin fevralın 25-dən 26-a gecə gecə Xocalıda azərbaycanlılara qarşı sistemli zorakılıq və soyqırım aktı həyata keçirilib. Qadınlar və uşaqlar da daxil olmaqla yüzlərlə günahsız insan qətlə yetirilib. Bu mənada Ermənistan dövləti bu hadisələrə görə siyasi və hüquqi məsuliyyət daşıyır. Bu amil Xocalı faciəsinin təkcə tarixi fakt deyil, beynəlxalq hüquq baxımından tanınmalı və qiymətləndirilməli hadisə olduğunu göstərir. Prezidentin çıxışında da 20-yə yaxın ölkənin Xocalı hadisələrini soyqırımı kimi tanıması Azərbaycanın məqsədyönlü diplomatik fəaliyyətinin nəticəsi kimi təqdim edilir”.
Sevinc Hüseynova vurğulayıb ki, bu kontekstdə Heydər Əliyev Fondunun fəaliyyəti və “Xocalıya ədalət!” kampaniyası xüsusi önəm kəsb edir: “Fondun təşəbbüsü ilə həyata keçirilən tədbirlər – beynəlxalq konfranslar, simpoziumlar, nəşrlər və təqdimatlar – Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılışında etdiyi çıxış bir daha Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymətin verilməsinin vacibliyi önə çəkilir. Eyni zamanda bu istiqamətdə Azərbaycan dövlətinin 30 illik strateji xətti ardıcıl və sistemli şəkildə təqdim olunur. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü il sentyabrında həyata keçirilən antiterror tədbirləri tarixi ədalətin mərhələli təminatı kimi mühüm əsaslar formalaşdırıb. Bu mənada sözsüz ki, milli birliyin, güclü dövlətçiliyin və tarixi yaddaşın əhəmiyyəti olduqca önəmlidir. Hazırkı postmünaqişə dövründə təhlükəsizlik və sülh konsepsiyası istiqamətində atılan addımlar fonunda tarixi həqiqətlər üzərində qurulan strategiyanın mahiyyəti bir daha özünü qabarıq şəkildə təzahür etdirir.
Bütün bunların fonunda Prezident İlham əliyevin Xocalı Soyqırımı Memeorial Kompleksinin açılışında səsləndirdiyi mühüm fikirlər müasir Azərbaycan dövlətinin güc və suverenlik konsepsiyasının ifadəsi kimi çıxış edir. Xocalı mövzusu bu kontekstdə yalnız keçmişin faciəsi deyil, həm də milli dirənişin, dövlət iradəsinin və ədalətin bərpasının rəmzi kimi təqdim olunur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Mart 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri