Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Tarixi ədalətin bərpası: Ulu Öndər Heydər Əliyev siyasətinin Zəfəri

Tarixi ədalətin bərpası: Ulu Öndər Heydər Əliyev siyasətinin Zəfəri

Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tarixi ədalətin bərpası: Ulu Öndər Heydər Əliyev siyasətinin Zəfəri

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik irsi Azərbaycan tarixinin bütöv bir mərhələsini əhatə edir. Onun müdrik rəhbərliyi, uzaqgörən siyasəti və xalqına sonsuz sevgisi sayəsində Azərbaycan ən çətin zamanlardan layiqincə çıxıb, sabitlik və inkişaf yoluna qədəm qoyub.

Ulu Öndər Heydər Əliyev bütün mənalı həyatını doğma Vətənin inkişafına həsr edib, millətin xilaskarı kimi yaddaşlarda əbədi yer qazanıb. Ulu Öndərin xidmətləri Azərbaycan xalqı tərəfindən hər zaman yüksək dəyərləndirilir, onun əziz xatirəsi dərin ehtiramla yad olunur.

Hər il mayın 10-da ölkəmizdə Ümummilli Liderin doğum günü xüsusi hörmət və ehtiramla qeyd edilir. AZƏRTAC-ın zəngin arxivində dahi Lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair minlərlə nadir fotoşəkil qorunub saxlanılır. Məhz bu arxiv materialları əsasında hazırlanmış xüsusi layihə vasitəsilə Ulu Öndərin irsinə bir daha nəzər salır, onu dərin minnətdarlıq hissi ilə xatırlayırıq.

1923-cü il mayın 10-da Naxçıvanın ucqar kəndində sadə bir ailədə dünyaya gələn Ulu Öndər iradəsi, zəhməti və Vətənə sonsuz sevgisi ilə siyasət zirvələrinə yüksəlib. Naxçıvandan başlayan yol Kremlədək gedib çıxıb. Yüksək dövlət vəzifələrində çalışmasına baxmayaraq, Ulu Öndər dəbdəbədən uzaq, milli-mənəvi dəyərlərə bağlı, təvazökar bir həyat sürüb. Onun ömür-gün yoldaşı, görkəmli alim Zərifə xanım Əliyeva ilə birgə qurduğu ailə modeli sadəlik, vətənpərvərlik və mənəviyyat üzərində formalaşıb.

Ulu Öndər Heydər Əliyev 1969-cu ildən başlayaraq çiyinlərində Azərbaycan Respublikasının bütün yükünü daşıyırdı. İşinin çoxluğuna baxmayaraq, ailəsinə də vaxt ayırırdı. Ailə albomundakı bəzi fotolar uzaq keçmişə aiddir. Biz bu fotolarda onu ömür-gün yoldaşı Zərifə xanımın yanında, övladları İlham və Sevilin, gəlini Mehriban xanımın, nəvələri Leyla, Arzu və Heydərin əhatəsində görürük.

Bu tarixi fotolar sanki dilə gələrək Ulu Öndər Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ata, mehriban baba olduğundan danışır.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən biri də Prezident İlham Əliyev kimi uzaqgörən, dövlətə və millətə sədaqətli bir Lider yetişdirməsidir. Ata və oğulun birlikdə çəkilmiş fotolarından birində onların yanaşı dayanaraq uzaq üfüqlərə baxdıqları an əbədiləşdirilib. Bu sadə, lakin mənalı görüntü sanki zamanın arxasından bugünkü modern, güclü və suverenliyini bərpa etmiş Azərbaycanın rəsmini çəkir.

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təməlləri üzərində Prezident İlham Əliyevin liderliyi ilə inşa edilən bu yeni Azərbaycan ulu bir irsin davamı və Zəfərlə taclanmış müstəqilliyin parlaq təcəssümüdür.

Ötən əsrin 60-cı illərində Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri idi. Bu xoşagəlməz vəziyyət Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumunda Heydər Əliyev birinci katib seçiləndən sonra dəyişməyə başladı, onun hakimiyyətə gəlişi ilə həyat ritmi də büsbütün dəyişdi.

Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Bakıda o dövr üçün nadir müəssisələr, paytaxtımıza bu gün də yaraşıq verən binalar tikildi, böyük yaşayış massivləri salındı, kənd təsərrüfatı məhsulları istehsalı dəfələrlə artdı. Bunun nəticəsində əhalinin güzəranı da yaxşılaşdı.

Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyi fəlsəfəsinin mərkəzində xalq dayanırdı. O, ölkənin bütün bölgələrinə mütəmadi səfərlər edir, zəhmət adamları ilə birbaşa təmasda olur, onların gündəlik həyatda üzləşdiyi problemləri şəxsən dinləyir və dərhal həll yolları axtarırdı. Görkəmli dövlət xadimi Heydər Əliyev üçün hər bir insanın fikri, zəhməti, qayğısı dəyərli idi. Aşağıda təqdim olunan fotolar bizi həmin unudulmaz illərə – Ulu Öndərin xalq arasında olduğu, onun hər kəslə bir ailə başçısı kimi maraqlandığı günlərə qaytarır. Bu fotoşəkillər təkcə tarixi sənəd deyil, həm də milli yaddaşımızın canlı parçasıdır.

Ümummilli Lider Heydər Əliyev 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Özünün vəzifə səlahiyyətlərindən istifadə edərək, İttifaq əhəmiyyətli bəzi layihələri Bakıya yönəltdi. Coşqun fəaliyyəti, yüksək təşkilatçılıq bacarığı onu bütün ittifaq miqyasında məşhurlaşdırdı.

AZƏRTAC-ın arxivində siyasi büronun üzvü, SSRİ hökumətində ikinci şəxs olan Heydər Əliyevin fəaliyyətinin bəzi məqamlarını əks etdirən fotolar da var.

Ulu Öndər Heydər Əliyevin SSRİ miqyasında artan nüfuzu və nümunəvi dövlətçilik fəaliyyəti bəzi dairələrdə narahatlıq doğururdu. Xüsusilə də Mixail Qorbaçovun hakimiyyətə gəlməsindən sonra Kreml rəhbərliyində Ulu Öndərə qarşı paxıllıq və qısqanclıq hissləri açıq şəkildə özünü büruzə verdi. Baş katiblə aralarındakı ciddi fikir ayrılığı nəticəsində Ulu Öndər Heydər Əliyev 1987-ci ildə tutduğu yüksək vəzifələrdən istefa verdi.

Lakin bu istefa onun siyasi fəaliyyətinin sonu deyil, yeni mərhələsinin başlanğıcı oldu. Doğma Vətənin başı üzərini qara buludlar alanda, milli fəlakətlər bir-birini əvəz edəndə xalqının çağırışına səs verərək Azərbaycana qayıtdı. Lakin o dövrdəki respublika rəhbərliyi Ulu Öndərin Bakıya dönməsindən narahat olaraq onun qarşısını kəsməyə çalışdı. Buna baxmayaraq, Ümummilli Lider Heydər Əliyev mübarizədən çəkilmədi və doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Həmin vaxt çəkilmiş fotoşəkillərdə dahi rəhbərin Naxçıvan həyatının bəzi məqamları əks olunub.

Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri seçilən Heydər Əliyev bu bölgəni erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Yetmiş ildən sonra ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızı ucaltdı.

Ötən əsrin 90-cı illərində respublikada xaos və anarxiya hökm sürürdü, müstəqilliyi itirmək təhlükəsi yaranmışdı. Belə ağır bir dönəmdə xalq Ulu Öndəri köməyə çağırdı. 1993-cü il iyunun 9-da onu Bakıya gətirən təyyarə Binə Hava Limanına eniş etdi. Xalq öz xilaskarını böyük ümid və sevgi ilə qarşıladı.

1993-cü il, 15 iyun. Tariximizə Dirçəliş Günü kimi yazılan həmin gün Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, xalqın taleyi üçün məsuliyyəti və xilaskarlıq missiyasını çiyinlərinə götürdü. İki dövlət çevrilişi cəhdinin, bir çox təxribatların qarşısını alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi. Ulu Öndərin cəbhə bölgəsində əsgər və zabitlərlə görüşləri Ordumuzun döyüş ruhunu daha da artırdı.

1994-cü il sentyabrın 20-də Azərbaycanın sosial-iqtisadi inkişafının başlanğıc nöqtəsi olan “Əsrin müqaviləsi” imzalandı. Ulu Öndərin digər mühüm layihəsi Bakı-Tbilisi-Ceyhan neft kəməri oldu. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü hadisələrlə zəngindir. Fotoşəkillər həmin tarixi günləri də özündə yaşadır. Hər bir görüntü Azərbaycanın müstəqil və güclü dövlətə çevrilməsi prosesində Ulu Öndərin oynadığı həlledici rolu bir daha göz önünə gətirir.

Qarabağın düşmən tapdağından azad edilməsi Ulu Öndərin ən böyük arzusu idi. Bu müqəddəs arzu 2020-ci ilin noyabrında gerçəkləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Ordumuz 30 il davam edən işğala 44 gündə son qoydu. Eləcə də uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltması tariximizə daha bir unudulmaz hadisə kimi yazıldı. Yaranmış yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi və Qazaxın dörd kəndinin azad olunması düşünülmüş siyasətin səmərəli nəticələridir.

Doğrudan da bu gün Ulu Öndərin ruhu şaddır. Onun illər boyu qurduğu möhkəm təməllər, düşünülmüş siyasət və milli həmrəylik sayəsində Azərbaycan öz tarixi ədalətini bərpa etdi. İllərlə düşmən tapdağında qalan yurd yerlərimiz azad olundu, torpaqlarımızın ərazi bütövlüyü təmin edildi. Ulu Öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mühüm prosesdə sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirirlər.

İşğaldan azad olunmuş bölgələrdə zəruri infrastruktur obyektləri ilə yanaşı, yaşayış kompleksləri, məktəblər, tibb müəssisələri sürətlə inşa olunur, yenilərinin təməli qoyulur. Bu, Böyük Qayıdış prosesinin nə qədər planlı, strateji və davamlı xarakter daşıdığını göstərir. Artıq yüzlərlə ailə doğma yurda qayıdıb, növbəti üç ildə isə 140 min insanın həmin torpaqlara köçürülməsi planlaşdırılır. Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi, bu torpaqlarda həyatın yenidən canlanması təkcə fiziki deyil, həm də mənəvi qayıdışın təntənəsidir. Bu möhtəşəm bərpa və inkişaf missiyasının təməlində isə Ulu Öndər Heydər Əliyevin ideyaları və milli inkişaf strategiyası dayanır. Azərbaycan tarixinin Ümummilli Lider Heydər Əliyev zirvəsi illər ötdükcə daha uca görünür, daha aydın dərk olunur.

x x x

Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabandakı möhtəşəm abidəsi əbədiyyət simvoluna və ziyarətgaha çevrilib. Hər il mayın 10-da və dekabrın 12-də Fəxri xiyabanda böyük izdiham yaşanır. On minlərlə insan Ulu Öndərin abidəsi önündən keçərək onun əziz ruhu qarşısında baş əyir.

Oxuməni.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 10 May 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see223

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see205

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see195

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see194

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see185

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see180

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see152

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see149

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see147

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see146

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri