Icma.az
close
up
RU
Tarixi ədalətin bərpası və yeni inkişaf mərhələsi

Tarixi ədalətin bərpası və yeni inkişaf mərhələsi

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Azərbaycanın dövlətçilik tarixində Laçın rayonunun xüsusi yeri vardır. Qarabağ və Şərqi Zəngəzurun mühüm hissəsini təşkil edən bu qədim diyar həm təbii-coğrafi mövqeyi, həm də strateji əhəmiyyəti ilə seçilir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın şəhəri adlandırılmış və şəhər statusu almışdır. 1930-cu ildə isə Laçın ayrıca inzibati rayon kimi formalaşmışdır. Ərazisi 1835 kvadrat kilometr olan rayon 72 min hektar yaylaq və 34 min hektardan artıq zəngin meşə massivinə malikdir. Bu resurslar Laçını Azərbaycanın həm iqtisadi, həm də ekoloji cəhətdən önəmli bölgələrindən birinə çevirir.
Tarixi boyunca Laçın Azərbaycan xalqının mədəniyyətində, iqtisadiyyatında və siyasi həyatında mühüm rol oynamışdır. Lakin XX əsrin sonlarında baş verən işğal hadisələri rayonun taleyində ağır fəsadlar yaratmış, əhalinin öz yurd-yuvasından didərgin düşməsinə səbəb olmuşdur. Məhz bu səbəbdən Laçının işğaldan azad olunması Azərbaycan tarixində tarixi ədalətin təntənəsi kimi qiymətləndirilir.
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri Laçın rayonunu işğal etmişdir. Bu hadisə təkcə hərbi baxımdan deyil, həm də strateji və siyasi baxımdan ölkə üçün böyük fəlakət olmuşdur. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi və Azərbaycan torpaqlarının sonrakı işğalının təməli qoyulmuşdur.
İşğal dövründə Laçının əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və ya itkin düşmüşdür. Rayonun infrastrukturuna, sosial və mədəni obyektlərinə ağır zərbələr vurulmuşdur. Belə ki, 217 mədəniyyət müəssisəsi, 101 təhsil ocağı, 142 səhiyyə müəssisəsi, 462 ticarət obyekti, 30 rabitə məntəqəsi, 133 idarə və istehsal müəssisəsi dağıdılmış və talan edilmişdir. Ən ağrılı məqamlardan biri isə 54 dünya əhəmiyyətli və 200-dən artıq yerli əhəmiyyətli tarixi abidənin vandalizmə məruz qalmasıdır.
Bununla yanaşı, işğalçı tərəf beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Laçında qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirmişdir. Ermənistan hökuməti əsasən Suriyadan və digər ölkələrdən gətirilən erməni əsilli qaçqınları Laçında yerləşdirərək demoqrafik tərkibi dəyişməyə cəhd etmiş, rayonun təbii resurslarını isə talan edərək iqtisadi qazanc mənbəyinə çevirmişdir.
Azərbaycan Ordusunun 2020-ci il Vətən müharibəsində qazandığı qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 1 dekabr 2020-ci ildə Azərbaycana təhvil verilmişdir. 2022-ci ilin 26 avqustunda isə Laçın şəhəri, Zabux və Sus kəndləri də tam şəkildə nəzarətə götürülmüşdür. Bu tarixdən etibarən hər il 26 avqust “Laçın şəhəri günü” kimi qeyd olunur. Prezident cənab İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən işğaldan azad olunmuş bütün ərazilər üzrə şəhər günləri təsis edilmişdir ki, bu da həmin torpaqların tarixi yaddaşımızda xüsusi yerini təsdiqləyir.
Laçının azad olunması uğrunda döyüşlərdə iştirak edən 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bu, təkcə hərbi qəhrəmanlığın deyil, həm də dövlətin öz igid oğullarına verdiyi dəyərin göstəricisidir.
Azadlıqdan sonra Laçında genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan Baş plan əsasında şəhərin müasir konsepsiyası formalaşdırılmışdır. “15 dəqiqəlik şəhər” prinsipi əsasında planlaşdırılan Laçında həm fərdi yaşayış evləri, həm də çoxmənzilli binalar tikilir, sosial obyektlər, məktəblər, mədəniyyət və turizm mərkəzləri yaradılır. Rayonun enerji potensialı da sürətlə inkişaf etdirilir. Güləbird, Mişni, Alxaslı, Zabux və digər su elektrik stansiyaları yenidən qurularaq istifadəyə verilib. 2025-ci ildə açılışı keçirilən “Aşağı Malıbəyli” və “Mirik” SES-ləri isə Azərbaycanın “yaşıl enerji” strategiyasına uyğun olaraq həm təbii qaza qənaət edir, həm də karbon tullantılarının azaldılmasına şərait yaradır.
Laçın Beynəlxalq Hava Limanının inşası bölgənin beynəlxalq statusunu artıran ən mühüm layihələrdən biridir. 2025-ci ildə istifadəyə verilən bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu kimi regionun turizm və logistika imkanlarını genişləndirir. Bununla yanaşı, Kəlbəcər-Laçın avtomobil yolunun, çoxsaylı tunellərin və körpülərin inşası bölgənin nəqliyyat infrastrukturunu köklü şəkildə dəyişir. Laçının bərpası təkcə infrastrukturla məhdudlaşmır. Şəhərdə yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar, muzeylər və istirahət məkanları yaradılır. 2025-ci ildə istifadəyə verilmiş “Laçın İstirahət Kompleksi” həm yerli əhalinin, həm də turistlərin ehtiyaclarını qarşılamaq məqsədi daşıyır. Eyni zamanda, “Hoçazfilm” yaradıcılıq studiyasının fəaliyyətə başlaması Qarabağın mədəni irsinin sənədli və bədii formada əbədiləşdirilməsinə xidmət edir.
Heyvandarlıq, arıçılıq və balıqçılıq sahələrində də mühüm addımlar atılmışdır. “Həkəri Balıq Təsərrüfatı” regionda nərəyetişdirmə üzrə ilk təsərrüfat kimi fəaliyyət göstərir. Bu müəssisə gələcəkdə həm daxili bazarı təmin edəcək, həm də ixrac potensialını artıracaq.
Laçının 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi isə regionun beynəlxalq mədəniyyət məkanında yerini möhkəmləndirmişdir. Bu status təkcə simvolik xarakter daşımır, həm də bölgədə keçirilən çoxsaylı beynəlxalq tədbirlərin əsasını qoyur.
Laçının işğaldan azad edilməsi və yenidən qurulması Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və iradəsinin bariz nümunəsidir. Burada həyata keçirilən layihələr yalnız iqtisadi və sosial inkişaf məqsədi daşımır, həm də milli yaddaşın bərpasına xidmət edir. Laçın bu gün həm tarixi-mədəni irsin qorunması, həm də müasir inkişaf modellərinin tətbiqi ilə seçilir.
Azərbaycan dövlətinin strateji hədəfi Laçını və ümumilikdə Qarabağ-Şərqi Zəngəzur bölgəsini regionun nümunəvi məkana çevirməkdir. Prezident cənab İlham Əliyevin ifadə etdiyi kimi, bu torpaqlar “Azərbaycanın cənnət guşəsinə” çevrilməkdədir. Laçının inkişafı həm milli qürurumuzun, həm də gələcək nəsillərə ötürüləcək əbədi vətən sevgisinin parlaq simvoludur.
Bu gün Laçın yalnız bir coğrafi məkan deyil, həm də milli dirçəlişimizin, azadlıq amalımızın və bərpa olunmuş ədalətin simvoludur. Burada ucalan hər yeni bina, salınan hər bir yol, açılan hər bir müəssisə xalqımızın gələcəyə inamının təntənəsidir. Dağların əzəməti, çayların səsi, yenidən həyat qazanmış kəndlərin işıqları bir daha sübut edir ki, torpaq yalnız üzərində yaşayan xalqın varlığı ilə diridir. Laçın indi bir daha doğma sığınacaq, ümid çırağı və milli kimliyimizin əbədi qalasıdır. O, həm tariximizin ağrı-acılarını, həm də zəfər sevincini öz qoynunda yaşadan müqəddəs bir məkan olaraq gələcək nəsillərə əmanət ediləcəkdir.
Şəfa Qurbanova, Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Avqust 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri